haberL haberR

Səudiyyəli nazir Yəmən əməliyyatlarına ABŞ və Britaniyann da yardım etdiyini açıqladı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 16.01.2016 20:44:42

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr İngiltərə səfərində Yəmənlə bağlı bəzi açıqlamaları ilə yadda qalıb

İslamazeri.az-ın ərəb mediasına  istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr ABŞ və ingiltərəli həmkarı ilə Londonda keçirlən görüşdən sonra Yəmənə qarşı hücumlar haqqında açıqlama verib.

O deyib: "ABŞ və İngiltərə rəsmiləri Yəmənə qarşı hazırlanan hücum əməliyyatında yer alırlar və biz öz işlərimizin hesabatını onlara təqdim edirik. Ərəbistanın Yəmənə hücum barədə nəyisə gizlətməyə ehtiyacı yoxdur. Xüsusən də, əməliyyatın içində ABŞ, İngiltərə bu kimi digər ölkələr yer alırlarsa".

Adil əl-Cubeyr Səudiyyə ordusunun Yəmən hücumlarda əsas rol oynadığını qeyd edərək  "Lakin döyüş hədəflərini biz təyin edirik. Texniki baxımdan hansı əməliyyatlara dəstək verdiyini bilməsəm də, hədəflərimizin siyahısından xəbərdar olduqları qətidir" deyə danışıb.

Səud rejiminin XİN rəhbəri Səudiyyə ordusunun sivil əhalini hədəfə almasını isə təsdiq etməyib.

Qeyd edək ki, bir neçə beynəlxalq təşkilat videofaktlara əsasən Səudiyyə ordusunun Yəməndə mülkü vətəndaşları hədəfə almasını tənqid edən hesabatlar yayımlayıblar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.