haberL haberR

Səudiyyəlilər Məkkəni "Disneyland"-ə çevirdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 16.09.2015 11:42:06

Məkkədəki 1000 ildən çox tarixə malik tarixi əsərlərin 95%-indən çoxu məhv edilib

İslamazeri.az "ABNA"ya istinadən xəbər verir ki, Körfəz İnstitutunun yaydığı hesabatlara görə, 1000 ildən artıq tarixə malik Məkkədəki tarixi əsərlərin 95%-indən çoxu məhv edilib.

Məkkədə 100-dən çox insanın həyatını itirdiyi və 230 insanın isə yaralandığı kran qəzasını səhifələrinə daşıyan fransız "Le Point" qəzeti Məkkənin dini kimliyini və tarixini təhdid edən nəhəng büdcəli layihələr haqqında İslam alimlərinə və İslami təşkilatlarına suallar yönəldib.

Qəzet Ciddə Universitetində Həcc haqqında 40 il tədqiqatlar aparan ingilis tədqiqatçı Zeynuddin Sərdarın bu sözlərinə yer verib;

"Səudiyyə Ərəbistanı ötən 50 il ərzində Peyğəmbərin (s) şəhəri olan Məkkəni "Disneyland"-a çevirib. Səudiyyə Ərəbistanı mərhələli olaraq Məkkənin daşıdığı bütün tarixi izləri silməyə davam edir. 70l-ci illərdən etibarən Səudiyyənin İslamın ən qədim və ən müqəddəs məkanlarını darmadağın etdiyinə şahid olmuşam."

Zeynuddin Sərdarın sözlərindən sonra öz fikirlərinə yer verən qəzet;

"Səudiyyə Ərəbistanının tətbiq etdiyi memarlıq fəaliyyətləri Səudiyyə şeyxlərinin razılığı ilə aparılır. Çünki vəhhabi əqidəsi ölkəyə hakim vəziyyətdədir və vəhhabilərə görə bu məkanlar insanları Allaha ibadət etməkdən və tövhid inancından uzaqlaşdırır. Qorunması lazım olan yeganə quruluş Kəbədir" deyə bildirib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.