haberL haberR

Səudiyyənin İraqdakı səfiri terrorçuların haqqını müdafiə etmək istəyir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 14.07.2016 14:18:00

Səudiyyə Ərəbistanın İraqdakı səfiri terrorçuların adilcəsinə mühakimə olunmasını istəyib.

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, Səud rejiminin İraqdakı səfiri  Samir Sübhan deyib: “Terror hadisələrində rolu olan insanlar da insan haqlarından yararlanmalı və adilcəsinə mühakimə olunmalıdır. Həbs olunan terrorçularla şəxsən görüşməsəm də, bunu etmək bizim vəzifəmizdir.”

İraqın bəzi siyasi hərəkatları tərəfindən təhdid edildiyini deyən Sübhan bildirib: “İraq dövlətindən bizim üçün zirehli maşınlar ayırmasını istəsək də, 6 aydır cavab ala bilməmişik.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.