haberL haberR

Səudiyyənin uşaq qatilliyindən çıxarılmasına BMT-nin cavabı

Kateqoriya: Siyasət Yayımlama tarixi: 10.06.2016 14:53:19

BMT baş katibi Səud rejimini qara siyahıdan çıxarmasının bəhanələrini dilə gətirib.

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı 1 müddət öncə BMT tərəfindən uşaq qatili siyahısına əlavə edilmişdi. Lakin bir çox ölkələrin təzyiq və basqısı nəticəsində BMT Səudiyyə Ərəbistanını bu qara siyahıdan çıxarıb. Beynəlxalq ictimaiyyətin BMT-nin qərarının dəyişdirilməsinə etirazı Ban Ki Munun bu barədə fikir bildirməsinə səbəb olub.

Türkiyədə jurnalistlərlə görüşdə bu mövzuya toxunan Ban Ki Mun, addığı addıma bəraət qazandıraraq deyib: “Bu, mənim bu günədək qəbul etdiyim ən çətin və ağır qərar idi. Bu addımı atmasaydım BMT-nin Fələstin, Sudan, Suriya, Yəmən və digər ölkələrdə olan uşaqlarla bağlı layihələrimiz çətinliklə üzləşərdi. Ölkələrin bu barədə təzyiqi qəbul olunmazdır. Biz bu sözləri araşdırsaq da, qəbul olunan qərarda heç bir dəyişiklik baş verməyəcəkdir.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.