haberL haberR

"Səudiyyənin üzü açıldı, ora terrorçuların doğulduğu yerdir"

Kateqoriya: İslam Yayımlama tarixi: 07.01.2016 12:15:11

Bunu tanınmış təqlid mərcələrindən olan Ayətullah Məkarim Şirazi deyib.

İslamazeri.az-ın “Shabestan”-a istinadən verdiyi xəbərə görə, Qumun “Əzəm” məscidində çıxış edən Ayətullah bildirib: “Bəziləri Səudiyyə Ərəbistanının və bir sıra ölkələrin İranla diplomatik əlaqəni kəsməsindən narahat olublar və göyün yerə endiyini zənn edirlər. Bu hadisənin heç bir əhəmmiyyəti yoxdur. Bunu bilməliyik ki, bəzən bəzi əlaqələr insana eyb hesab olunur və onun aradan aparılması zəruridir. Buna görə narahat olmağa dəyməz. Bu ölkələr dünyada heç bir təsirə malik deyillər. Zəif və bacarıqsız dövlətlərdir. Bir gün gələcək bu ölkələr İranla əlaqələrin yenidən qurulması üçün xahiş edəcəklər. Bu gün bütün pərdələr aralanıb və səudiyyəlilərin həqiqi siması ortaya çıxıb. Hətta Qərb qəzetləri belə bunu bilir və Ərəbistanın neft, xurma və terrorçu istehsal etdiyini yazırlar. İslam alimləri bu məntiqin kökünü qurutmalıdırlar.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.