haberL haberR

Səudiyyənin XİN rəhbəri Çinə, Çinin dövlət başçısı İrana səfərə gedir

Kateqoriya: Region Yayımlama tarixi: 07.01.2016 16:20:11

İran prezidentinin dəvətilə Çinin dövlət başçısı İrana iki günlük rəsmi səfərə gedəcək

İslamazeri.az-ın İRNA-ya istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin dəvətilə Çinin dövlət başçısı Şi Cinping İrana iki günlük rəsmi səfərə gedəcək.

Səfər 23 yanvar tarixində baş tutacaq.

Çin dövlət başçısının rəsmi səfəri zamanı iki ölkə arasındakı müxtəlif sahələrdəki əlaqələrin inkişaf etdirilməsi və reqional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Səudiyyənin XİN rəhbəri bəzi ölkələrə səfərə çıxacaq. Adil el-Cübeyrin səfər çərçivəsində Çinə də getməsi planlaşdırılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.