haberL haberR

Sevindirici xəbər: Gövhər anaya yardım edildi (Yenilənib)

Kateqoriya: Mərhəmət Yayımlama tarixi: 06.04.2016 16:05:00

Dünən İslamazeri.az-ın "Mərhəmət" rubrikasına Gövhər ananın ailəsindən müraciət daxil olmuşdu

Müraciətdə deyilirdi ki, 76 yaşlı ana gözündən əməliyyat olunmalıdır. Lakin ailənin buna imkanı çatmır. Bir gözü tamamilə tutulan Gövhər ana 2 qüsurlu əlil qızına baxmaq məcburiyyətindədir. Ananın nigaranlığı gözləri tamamilə tutulduqdan sonra onun əlinə baxan 2 qızındandır. Gövhər ananın gözünün əməliyyatı üçün isə cəmi 600 manat pul lazımdı. Bu məbləği isə pensiyayla qarşılamaq mümkün deyil. Gövhər ananın oğlu Qəzənfər İslamazeri.az-a bildirir ki, müəyyən qurumlara müraciət ediblər. Lakin onlara yardım edən tapılmayıb. Ümüdü Allahdan kəsilməyən ailə göz əməliyyatı üçün müraciət də ediblər, gün alıblar. Əməliyyatın pulunu isə heç yerdən tapa bilməyiblər. Gövhər ananın himayəsində olan qızlarından biri 16 ildir dialez xəstəsidir, digəri isə ruhi xəstədir. Qəzənfər deyir ki, əlimizdə olan-qalanla müayinələr etdirdik. Gözün birinə linza qoymaq lazımdır. Aprel ayının 6-ı üçün xəstəxanadan gül aldıq. Amma məbləği toplaya bilməyiblər.

Bu gün isə Qəzənfər Qurbanov redaksiyamıza zəng edərək bildirib ki, adının açıqlanmasını istəməyən bir şəxs zəng edərək məbləğin hamısını ödəməyi öz öhdəsinə götürüb. Qəzənfər Qurbanov həmin şəxsə öz təşəkkürünü həm üzbəüz, həm də internet qəzetimiz üzərindən bildirib.

Biz də redaksiyamız adından bu xeyirxah yardımsevər şəxsə öz dərin minnətdarlığımızı bildiririk. Allah yardımcınız olsun.

2 əlil qıza baxan ananın gözü əməliyyat olunmalıdır, 600 manat lazımdır

/haberimaj/habergaleri/2J9V1E2H0S8V.JPG
  1. 2 əlil qıza baxan ananın gözü əməliyyat olunmalıdır, 600 manat lazımdır

  2. 2 əlil qıza baxan ananın gözü əməliyyat olunmalıdır, 600 manat lazımdır

  3. 2 əlil qıza baxan ananın gözü əməliyyat olunmalıdır, 600 manat lazımdır

  4. 2 əlil qıza baxan ananın gözü əməliyyat olunmalıdır, 600 manat lazımdır

  5. 2 əlil qıza baxan ananın gözü əməliyyat olunmalıdır, 600 manat lazımdır

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.