haberL haberR

Şəxsiyyət vəsiqəsi verilməyən müxalifət lideri Türkiyəyə köçür

Kateqoriya: Siyasət Yayımlama tarixi: 10.07.2015 13:00:13

O, ölümlə hədələnib

İslamazeri.az "Al-Ahram Arabic"-ə istinadən xəbər verir ki, Misirdə tanınmış müxalifət lideri Ayman Nur vaxtı bitmiş şəxsiyyət vəsiqəsinin yenilənməməsi və ölüm təhdidləri səbəbiylə Türkiyəyə köçməyi qərara alıb.

O, bundan əvvəl Livanın paytaxtı Beyrutda yaşayırdı. Ayman Nur şəxsiyyət vəsiqəsinin vaxtının uzadılması ilə bağlı keçən ilin avqustun 25-də məhkəməyə müraciət edib. Məhkəmə iclası iyulun 1-də təxirə salınıb. 

Onun aprelin 15-də Misirin Beyrutdakı səfirliyinə müraciəti isə mayın 2-də Misir hökuməti tərəfindən rədd edilib. 

Ayman Nur Misirdə prezidentliyinə namizədliyini irəli sürmüş liberal müxalifət partiyası “Əl-Qad”ın lideri və sabiq parlamentin üzvü olub. 

O, Hüsni Mübarəkdən sonra ən çox səs yığan namizəd olmuşdu, lakin sonradan seçki nəticələrinin saxtalaşdırılması ittihamı ilə həbs olumuşdu.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.