haberL haberR

Seyid Əmmar Hakim İŞİD-ə qarşı koalisiyanı tənqid etdi

Kateqoriya: Siyasət Yayımlama tarixi: 12.03.2015 15:09:00

Seyid Əmmar Hakim İŞİD-ə qarşı koalisiyanı tənqid edib

İslamazeri.az-ın "IraqiNews"-a istinadən verdiyi xəbərə görə, İraq Ali İslam Şurasının sədri Seyid Əmmar Hakim Amerikanın rəhbərliyi ilə İŞİD-ə qarşı yaradılan koalisiyanı həmin terror təşkilatına qarşı mübarizədə lazım olan ciddiliyi göstərməməkdə günahlandırıb.

Seyid Əmmar Hakim martın 11-də kaolisiyanın İŞİD-lə mübarizədə apardığı rola dair verdiyi bəyanatda, koalisiyanın İŞİD-lə mübarizədə qeyri-ciddi olduğunu qeyd edib.

O, İŞİD-in İraqdakı vəhşiliyi barədə də danışaraq, terrorçuların insaniyyət və mədəniyyətlə düşmən olduqlarını söyləyib. Əmmar Hakim  İranın İŞİD-lə  mübarizədəki roluna toxunaraq, İranın İraqın bütün yardım tələblərini qeyd-şərtsiz təmin edən yeganə ölkə olduğunu bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.