haberL haberR

Seyid Həsən Nəsrullah: "Əsas düşmənimiz vəhabilər olsa da..."

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.10.2015 16:03:07

Bölgədə əsas düşmənimiz vəhhabilər olsa da, İsraili unutmamalıyıq.

İslamazeri.az-ın “Əl-Əxbar”-a istinadən verdiyi xəbərə əsasən, Seyid Həsən Nəsrullah Ali-Səudun ABŞ-a qulluq etdiyini deyərək bildirib: "Səud höküməti Minada baş verən hadisənin səbəbkarıdır. Onlar həmin Səud rejimidir ki, 2006-cı ildə bizim xalqımızı qətlə yetirdi. Bölgədə əsas düşmənimiz vəhhabilər olsa da, İsraili unutmamalıyıq. Səud rejiminin mövqeyi İsraillə bərabər ABŞ mənafeyinə qulluq etməkdir. Bölgədə baş verən bütün cinayətlərdə bu rejimin əli var. İran əleyhinə Səddama yardım edən, Əfqanıstan, Pakistan, İraqda terrorçulara yardım edən məhz bu rejimdir. Onlar 2003-cü ildən bəri İraqda terror qruplaşmalarının idarəçiliyini edirlər. Onlar hazırda Yəməndə bunu edirlər. Minada baş verənlər onların keçmiş səhvlərindən dərs çıxarmamalarından irəli gəldi. Baş verən cinayət qeyri insani bir faciə idi. Onlar bilərəkdən müsəlmanlara su vermədilər və saatlarla ağır şəraitdə saxladılar. İran bu barədə səsini çıxarmasaydı Ərəbistan məsələni bağlıyar, səssiz şəkildə ölənləri basdırar və istədiyini də zindana atardı. Onların təkəbbürlüyü səbəb oldu ki, İran səsini ucaltdı."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.