haberL haberR

Seyid Husi əsirləri Ramazana görə azad etdi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 17.06.2016 11:27:34

Yəmənin “Ənsarullah” hərəkatı İslam əxlaqına uyğun addımı ilə ərəb mediası və xüsusilə sosial şəbəkə istifadəçilərinin diqqətinə səbəb olub

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, Yəmənin “Ənsarullah” hərəkatı Umran şəhərində əsir götürdüyü 57 nəfəri sərbəst bıraxıb.

Bundna əlavə iki gün öncə də 130 nəfər hərəkat tərəfindən əsirlikdən azad edilib. Hərəkat rəhbəri Seyid Əbdulməlik Bədrəddin  Husi  bu addımların rəhmət ayı olan Mübarək Ramazanla əlaqəli olduğunu vurğulayıb.

BMT-nin Yəməndə olan nümayəndəsi hərəkatın bu addımını təqdirə layiq hal kimi dəyərləndirib.

Xatırladaq ki, Səudiyyə və ölkədəki dəstəkçiləri Yəmənə qarşı hücumlarını Mübarək Ramazan ayında da davam etdirirlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.