haberL haberR

Seyid Nəsrullah: Hakimiyyəti ələ keçirə bilərdik, amma etmədik... (Təfərrüat)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 20.08.2016 21:58:11

Livan “Hizbullah”-nın baş katibi Seyid Həsən Nəsrullah, ölkənin “Əl Mənar” kanalına müsahibə verib

İslamazeri.az-ın verdiyi xəbərə əsasən, müsahibəsində “Hizbullah”-ın 33 günlük müharibədə qələbəsinə toxunan Seyid Həsən Nəsrullah bildirib: “2006-cı ildə olan bu qələbə qeyri adi bir məsələ idi. İsrail tərəfinin hücumu, beynəlxalq qüvvələrin dəstəyi ilə birlikdə çox güclü idi. Onların hədəfi müqavimətin məhv olması idi. Lakin bu qələbə İlahi bir vədə idi. Həmin zamanlar Livan dövləti müqavimətə heç bir dəstək göstərmədi. Buna baxmayaraq biz qələbəni bütün tərəflərə hədiyyə etdik, İsrail rejimi isə məğlubiyyətini etiraf etməyə sadəcə məscbur qaldı. Bəzi ərəb ölkələri hələ də bu məsələni qəbul edə bilmirlər. Livan əlyehinə yenidən savaş başladılsa biz, qalib gələcəyimizə əminik."

Daha sonra Seyid Nəsrullah Livanda hakimiyyəti ələ keçirməyə qadir olduqları halda bunu etmədiklərini bildirib.

"Biz 33 günlük savaşda sonra ölkədə qüdrəti ələ keçirmək niyyətinə düşmədik. Çünki bu, daxili qarşıdurmaların yaranmasına səbəb ola bilərdi. Bizim ölkə ilə bağlı layihələrimiz vəhdət və birlik üzərində qurulur.”, -deyə Hizbullah lideri əlavə edib.

 2008-ci ildə Səudiyyəyə yaxın olan Livan hökümətinin o dönəmdəki baş naziri Fuad Senyora "Hizbullah"ın silahını qeyri-qanuni elan etmiş, Beyrut aeroportunun təhlükəsizlik xidmətinin “Hizbullah”a yaxın rəhbərini vəzifəsindən istefaya göndərmişdi.


Bundan sonra müqavimət təşkilatının 30-a yaxın üzvünü həbs edən Senyoranın silahlıları "Hizbullah"ın telekomunikasiya sistemlərini də ələ keçirmək üçün hərəkətə keçmişdi. Hökümətə etiraz edən "Hizbullah" tərəfdarlarına qarşı silah istifadə etdikdən sonra isə Seyyid Nəsrullah çıxış edərək iqtidara xəbərdarlığını bildirmişdi. 
Bu tarixi çıxışında Seyyid Nəsrullah demişdi: "Bizi höküməti devirmək cəhdində ittiham edirlər. Senyora və yandaşları, bilin; əgər biz höküməti devirmək istəsək, yatağınızdan oyananda siz özünüzü zindanda görərsiniz. Tərəfdarlarımızı həbs etdiniz, həbs ediləcəksiniz. Qan tökdünüz, qanlarınız axıdılacaq".
Bu çıxışdan 36 saat sonra bütün o dönəmki iqtidar KİV-ləri, o cümlədən baş nazirin partiyası olan "Müstəqbəl"in eyni adda qəzetinin redaksiyası, radio və telekanalları ələ keçirilmiş, ixtişaşların səbəbkarları həbs edilmişdilər.
Bunu görən baş nazir Fuad Senyora televiziya ilə çıxış edərək "Hizbullah"dan üstü örtülü olaraq üzr istəmişdi. O, çıxışında,  "Hizbullah"ın silahlarının qanuni olmasını yenidən elan etmiş, Beyrut aeroportunun təhlükəsizlik xidmətinin rəhbərini isə yenidən vəzifəsinə təyin etmişdi.
Bu hadisədən sonra dünya mətbuatı ABŞ və İsrailin Livanda məğlubiyyətini rəsmən elan etmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.