haberL haberR

Seyid Nəsrullah iki tərəfin itkisi, Suriya, İraq və Bəhreyndən danışdı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 25.06.2016 13:39:48

Livan “Hizbullah”-nın lideri, Mustafa Bədruddinin şəhadətinin 40-cı günü ilə bağlı çıxış edib

İslamazeri.az-ın “Əl Mənar”-a istinadən verdiyi xəbərə əsasən, Mustafa Bədruddini itirməklə düşünən bir beyini itirdiklərini dilə gətirən Seyid Həsən Nəsrullah deyib: “O, şücaətli, cəsarətli və addımları möhkəm olan biri idi. O, “Nusra Cəbəhəsi”-nin əlində olan livanlı əsirlərin azadlığı barədə çox düşünürdü. Bu məsələnin onun üçün çox təhlükəsi var idi. Suriya kimi məsələlərdə böyük rola malik idi və digər məsələlərdə də ciddi məsuliyyətləri öhdəsinə götürürdü. Biz Suriyada suriyalılar, İraqda isə iraqlıları dəstəkləyirik və eyni zamanda ölkəmizin də mənafeyini qoruyuruq. İŞİD İraqın bəzi şəhərlərini ələ keçirdiyi zaman İraqda olan bəzi qardaşlarımız bizimlə əlaqə saxlayıb, qüvvəyə ehtiyacları olduqlarını bildirmişdilər. Mən bu məsələni şəhid Bədruddinə dedim və bir neçə saatdan sonra “Hizbullah” qüvvələri İraqa tərəf yola düşdü. Əgər İranda olan qardaşlaımız, Livan “Hizbullah”-ı və “Həşdəş-şəbi” olmasaydı, İŞİD bu gün Bağdadda olardı. İraqda savaşanlar həqiqətdə islam ümmətini müdafiə edirlər. İraqda olan savaşdan qəflətdə olmamalıyıq. Bəziləri Suriyada savaşları başladığı zaman Bəşər Əsədin hakimiyyətdən gedəcəyini dedilər, hətta bunun üçün 1 il müddəti də təyin etdilər. Şəhid Bədruddin və digər qardaşlarımız Suriyaya gedərək, ölkə ordusu ilə birlikdə təkfirçilərlə savaşdılar. Suriyada elə bir bölgə qalmadı ki, şəhid Bədruddin təkfirçilərlə mübarizə üçün ora getməsin".

 

Hizbullah lideri Suriyaya daxil olan yeni terrorçulara işarə edərək "Bir neçə ay bundan öncə Suriyaya dövlətinə qarşı savaşmaq üçün ölkəyə yeni terrorçular daxil olub. Onları Türkiyə sərhədlərindən Hələbə çatıblar. Bəşər Əsəd hakimiyyətini devirmək məğlubiyyətlə üzləşib. Çox təəssüf olsun ki, dünyanın 4 tərəfindən gələn terrorçular üçün Türkiyə sərhəddi hələ də açıq vəziyyətdədir.", - deyə bildirib. _

 "Hələbi müdafiə etmək həqiqətdə Suriyanı, Dəməşqi, Livan, İraq və İordaniyanı müdafiə etməkdir. “Hizbullah” qüvvələrinin Hələbə girməyi vacib idi və bu gün də orda qalmaları vacibdir. “Hizbullah”-ın Hələbdə ciddi problemlərlə üzləşdiyini deyənlər, özləri də yalan danışdıqlarını bilirlər. Hələbdə böyük savaşın şahidiyik. Bir tərəfdə bölgə və beynəlxalq qüvvələr, digər tərəfdə isə İran, “Hizbullah” və qeyrətli Suriya ordusu. Onlar “Hizbullah”-ın Hələbdə onlarla şəhid verdiyini deyirlər. Mən onlardan soruşuram; bəs siz neçə ölü vermisiniz? Statistikaya əsasən biz, iyun ayında 26 şəhid, 1 əsir və 1 itkin vermişik. Lakin qarşı tərəf ayın 24-nə qədər 617 nəfər itirib ki, onların arasında onlarla yüksək rütbəlilər yer alər. 800-dən çox yaralıları qeydə alınıb.", - deyə Seyid Həsən Nəsrullah əlavə edib.

Seyid Nəsrullah KİV-in Hizbullahın maddi vəziyyətilə bağlı dezinformasiyalarına toxunaraq deyib: "Bəzi ərəb və Livan medialarının, “Hizbullah”-ın maddi böhran yaşadığını demələri gülüncdür. Bizim silah və maddi mənbəyimiz İrandır və İranın problemi olmadıqca bizim də problemimiz olmayacaqdır. Bizim Livan banklarının dəstəyinə ehtiyacımız yoxdur. Dünyanın heç bir bankı, “Hizbullah”-a olunan dəstəyin qarşısını ala bilməz. Təcrübə göstərir ki, əleyhimizə ən ciddi sanksiyalar tətbiq edildiyi zaman belə, lazım olan pul bizə çatıb. Ölkənin bəzi rəsmiləri Vaşinqtona gedərək, “Hizbullah”-a qarşı sanksiyaların tətbiq edilməsini tələb ediblər.”

Bəhreynin nüfuzlu ruhanisi Şeyx İsa Qasimə qarşı olunan hörmətsizliyə də toxunan “Hizbullah” lideri  “Bu böyük alimin vətəndaşlığının ləğb olunması, çox təhlükəli bir işdir. Bəhreyndə Ali-Xəlifə adlı bir şey yoxdur. Bu rejim, Ali-Səud qrupunda yer alır. Ölkədə müzakirələrin reallaşmasına imkan verməyən Səud rejimidir. Şeyx İsa Qasim və digər ruhanilər, son 5 ildə, Bəhreyn inqilabının sivil yolla davam etməsi üçün əllərindən gələni etdilər. Bəhreyn xalqının vəzifəsini təyin edən mən yox, ölkə alimləridirlər. Ali-Xəlifə rejimi, Ali-Səud və İngiltərənin əmrlərini həyata keçirirlər. Dünyada “Nobel” mükafatını qazanmalı olan biri varsa o, İsa Qasimdən başqası deyildir. O, çəkdiyini xalis və fasiləsiz zəhmətlərinə görə bu mükafata layiqdir.”, - deyə qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.