haberL haberR

Seyid Nəsrullah İsrailə hücumu dəyərləndirərkən: "Kərbəladan dərs alırıq" (Çıxışın müxtəsər mətni)

Kateqoriya: Dünya Yayımlama tarixi: 31.01.2015 17:51:48 5661 dəfə oxunub.

Seyid Həsən Nəsrullah İsrailə qarşı əməliyyatdan sonra ilk dəfə açıqlama verib

İslamazeri.az-ın “Əl Mənar”a istinadən verdiyi xəbərə görə, Livan “Hizbullah”ının baş katibi Seyid Həsən Nəsrullah çıxışının əvvəlində İsrailin zülmlərindən əziyyət çəkən xalqlardan, dövlətlərdən danışıb.

“Hizbullah” lideri deyib: “Bölgədəki bütün xalqlar və dövlətlər ən azından 1948-ci ildən bəri İsrail adlı qəsbkar bir xərçəng xəstəliyindən dolayı əziyyət çəkir. Bu xərçəng şişi, bir terrorçu və quldur rejim, fəsad və zalımlığın simvoludur. İsrail illərdir bu cür idi. Ancaq bir neçə ildir ki, daha pis davranış sərgiləməyə və daha çox zülmə imza atmağa başladı”.

Seyid Nəsrullah İsrailin Fələstinə qarşı zülm siyəsətindən danışıb: “İsrail onun əlini tutacaq heç bir gücün olmadığını düşünür. Fələstinin torpaqları və müqəddəs yerləri işğal etdi. İordan çayının Qərb sahillərində bəhanə ilə istədiyi hər şeyi icra etdi. Qəzzaya qarşı 52 gün çox insan canı alan hücuma keçdi. Orda ən vəhşi cinayətlərini törətdi.Qəzzanı mühasirədə saxlayır, müqəddəsləri təhqir edir, “Əqsa” məscidini təhdid edir, minlərlə fələstinli çox pis şəraitlərdə zindanlarda həbs edib. Fələstin xalqının insanlıq haqlarını belə onlara çox görür”.

“Hizbullah” lideri sonra davam edib: “Suriyada illərlə Qolanı işğal altında saxlayır, bu günki müharibədən ən çirkin şəkildə fayda əldə etməyə can atır. Suriyadakı müharibəni açıq aşkar alovlandırmaqdadır. Təkfirçi terrorçuları Suriya ordusuna qarşı dəstəkləyir. Hər kəsi gözü qarşısında Suriya torpaqlarını, Suriyanın hərbi bazalarını bombalayır. Müxtəlif bəhanələrlə Suriya torpaqlarını havadan bombardman edir”.

İsrail heç kəsi saymır...

Seyid Nəsrullah öz ölkəsində olan hadisələrdə də İsrailin varlığına işarə edib: “Livanın Şəba fermalıqlarını da işğalda saxlayan İsrailin bəzi livanlıların müqəddəs hesab etdiyi 1701 nömrəli razılığını da tanımır. Livan höküməti deyil, BMT-nin ya da, Müqavimətin hesabatlarına baxın. İsrail minlərlə quru və hava, dəniz sahələrini qəsdən pozub. İstədiyi zaman Ceatada etdiyi kimi, bombalardan istifadə edir. Buna görə də, Livan həmişə təhlükədədir. İsrail hər kəsi, bölgədəki bütün dövlətləri, orduları və xalqları təhdid etmə qüdrətində olduğunu düşünür, istədiyini edə biləcəyinə inanır".

Ərəb ölkələrinin başı qarışıqdır...

Ərəb ölkələrini də tənqid edən Seyid Nəsrullah deyib: “Bəli, ərəblərin İsraillə müharibə edəcək vaxtları yoxdur. Ərəb ölkələrində; İraqda, Suriyada müharibə olarkən ərəb ölkələrinin pulu, mediasını hazır görürük. Ancaq İsraillə mübarizədə onlar yox kimidirlər! Təəssüflər olsun ki, Əəəb birliyi adında əslində bir qurum da yoxdur. Bəziləri “ərəb yoxdur” deyirlər. Xeyir ərəb var, amma ərəb birliyi yoxdur. Çünki, ərəb birliyi olsaydı, Fələstin, Livan, Suriya və ərəb olan qonşu ölkədəki problemlərlə mübarizə edərdilər”.

İranlı general və 6 şəhid

Seyid Nəsrullah daha sonra İsrailin Quneytradakı terrorundan da danışıb: “18 yanvar 2015-ci ildə, günorta saatlarından bir az əvvəl İsrail vertolyotları bizim 7 qardaşımızın olduğu bir mülkü avtomobili hədəf aldı və hamısı şəhid oldu. Onlar Quneytrada araşdırmalar aparırdılar. O anda sui-qəsd əməliyyatı və sui-qəsd  əməliyyatının pərdəarxası göründü. İsraillilərin açıqlamalarından, mediaya sızdırdıqlarından məlum olur ki, bu qərar təhlükəsizlik kabineti və ya baş nazirin özəl kadrları tərəfindən alınıb. Bu qərarın nəticəsinin önəmindən və həssaslığından ötrü müxalif partiya liderlərinə də məlumat verildiyi önə çəkilir. Yəni, düşmən durumu incələmiş, kəşfiyyat məlumatlarını yığmış, cavabın nə olacağını təxmini hesablamış və sui-qəsd əməliyyatının həyata keçirilməsinə qərar verib. Quneytrada olan bir sui-qəsddir. Hər şey açıq aşkardır. Bu durum, bu haqda müzakirə edilməsinin lüzumsuz olduğunu göstərir. Həqiqət budur ki, İsrail qərar vermiş və bu qrupu hədəfə alib. Bəlli olmayan qərarın nə vaxt alındığı məsələsidir. Öz dediklərinə görə, müxaliflərə məlumat verilmiş və gözlənilib. Bu şəhid Abbas Musəvi və ailəsinə qarşı cənubi Livanda həyata keçirilən sui-qəsdin sanki eynisidir. İsrail bu günə kimi açıqca “bunu biz etdik” demədi. Bu ana kimi də etiraf etdiyini bilmirəm. Çünki, “İsrailin həyata keçirildiyi düşünülən əməliyyat” kimi mediada yayımlanırdı. İsrail ehtimala görə, “Hizbullah”ın bu əməliyyatı elan etməyəcəyini, gizlədəcəyini düşünürdü. Çünki, “Hizbullah” Quneytrada İsrailin öldürdüyünü açıqlayınca öz tərəfdarları və xalqı qarşısında oyunun qaydalarına görə, çətin bir vəziyyətə düşmüş olacaqdı. Onlar elə düşünürdülər ki, “Hizbullah” Suriyada dəhşətli bir müharibənin içindəydi və orada olduqca zəifləmişdi”. Biz, bizim haqqımızda yazılan yazılara baxırıq. Ehtimal bu idi ki, İsrailə görə “Hizbullah” “Biz Suriyada şəhidlər verdik, bunlar da Suriyadakı digər şəhidlərimiz kimidir” deyəcəkdi".

 

Şəhidlərimizlə fəxr edirik...

Daha sonra “Hizbullah” lideri Suriyadakı şəhidlərdən danışıb: “Bizim Suriyada şəhid verdiyimizi gizlətmirik, bu sirr deyil. Biz onlarla iftixar edirik. Onların sayəsində başımız yuxarıdır. Biz onları, Müqavimətin, Suriyadakı Qüds yolunun şəhidləri olaraq görürük. İsrail bizim bu şəhidlərimizi də, Suriyadakı digər şəhidlər kimi göstərərək özümüzü oyunun qanunları baxımından rahat bir mövqeyə yönləndirəcəyimizi düşündü. İsrail üçün sürpriz olan ilk şey “Hizbullah”ın bunu yarım saat içində bir açıqlama yayaraq “Hizbullah döyüşçülərindən bir qrup Quneytrada İsrail vertolyotunun hücumu nəticəsində şəhid oldular. Şəhidlərimizin adlarını açıqlayacağıq” deməsi oldu. Biz ilk gün adları açıqladıq. Bunlar əziz iranlı general Məhəmməd Əli Allahdadi ilə birlikdə 7 nəfər idilər. Biz şəhidlərimizi gizlətmədik, gizlədə bilmərik. Bunu dosta, düşmənə, livanlılara, bizi sevənlərə və ya qınayanlara hər kəsə deyirəm. Biz 50 şəhid də versək, 50-sinin də adlarını açıqlayarıq. Biz onlarla fəxr edirik. Şəhidlərin adlarını açıqlamağımız İsrailə böyük sürpriz oldu, qatilləri narahat etdi. “Hizbullah” şəffaf, açıq və bütün mövqeyini ortaya qoydu. “Hizbullah” nə edəcəyini bilirdi, amma İsrail nə olacağını bilmirdi".

 

"Nusra Cəbhəsi"nin İsraillə əlaqələri var

“Hizbullah” lideri İsrailin Quneytradakı əməliyyatının səbəbini də açıqlayıb: “Digər önəmli məsələ İsrail Quneytrada niyə bu addımı atması ilə bağlı sualıdır. İsrailli analitiklər vasitəsilə bir neçə səbəb önə çəkdilər. Hamısının kökü eynidir. Bir vaxt dedilər ki, ona görə bu əməliyyatı həyata keçirdilər ki, guya bu qrup Qolanda əməliyyat həyata keçirəcəkdilər. Halbuki Qolan sərhəddinə 6 km məsafə var idi. Onlarla Qolan sərhədi arasında da “Nusra Cəbhəsi”nin döyüşçüləri var idi".

 

Fələstini unutmayacağıq

“Fələstin xalqı bizim ortağımızdır. Biz də qanda, müsibətdə, acıda, xoşbəxtlikdə və qələbədə ortağıq. Mən Qolan bölgəsində İsrail sərhəddindən Suriya ordu güclərinin olduğu yerə qədər kimlər qərar tutub? Bura Suriya torpaqları içində 6-7 km-lik bir ərazi və orada da “Nusra Cəbhəsi” var. Orada minlərlə “Nusra Cəbhəsi”nin döyüşçüsü tanka, topa, raketə, hər cür silaha, tank vuran, partlayıcı maddələrə, silahların olduğu bazalara və döyüş mövqelərinə sahibdirlər. “Nusra Cəbhəsi” kimdir: İcazənizlə xatırlayım: “Əl Qaidə"nin Suriya qolu, “Əl Qaidə” BMT-nin, ABŞ-ın, Qərb ölkələrinin və Avropanın terror təşkilatları siyahısındadır. Beynəlxalq miqyasda və ərəb dünyasında terrorçu olaraq qəbul edilən “Əl Qaidə”nin Suriya qolunun Qolan təpələrində geniş bir ərazidə varlığından söhbət gedir. Netanyahunun bundan narahatçılığı yoxdur. Özünü strateji analitik kimi tanıdan Moşe Yaalon bu terrorçuların varlığından heç narahat deyillər. İsraillilər onların varlığından narahat deyillər, əksinə onların – “Nusra Cəbhəsi”nin varlığını istəyir, hava sahəsi və başqa yollarla dəstək verir. Sərhədlərini onların yaralıları üçün açır, yaralıları İsrail xəstəxanalarından mülicə olunur. Netanyahu bu yaralıları özü ziyarət etdi. İsraillilər onların varlığından narahat deyil, ancaq 7 nəfərlik 2 mülkü maşının varlığı bunlara təhdid imiş. Bu şəxslərdə raket və bombalar yox idi, sadəcə şəxsi silahları var idi".

 

Ərəblərə sual

"Hizbullah" lideri sonra deyib: “Hazırda ərəb dünyasına, ərəb xalqlarına və bütün müqavimət qruplarına bir sual vermək istərdim. Bundan öncə bir neçə məsələni diqqətinizə çatdırım. Kinlər o qədər artdı ki, israilliləri unutdular. Onların Suriya, İraq və Misir hökümətlərilə problemləri olduğunu və İsraili unutduqlarını bildirirlər. Amma, biz İsraili unutmayacağıq. Siz Fələstin xalqını unuda bilərsiz, biz Fələstin xalqını unutmadıq və heç vaxt unutmayacağıq. Bizim mədəniyyətimiz, babalarımızın, övladlarımızın və nəvələrimizin mədəniyyəti bu olacaq. Bizim övladlarımız şəhid qanları ilə bu məsələni vurğulayıblar, gələcəkdə də sıra nəvələrimizə gələcək və onlar da qanları ilə bu yolu gedəcəklər. Sizin bu suala cavabınız nədir? (yəni Fələstini niyə unutdunuz?).

 

Şəhidlərə ağlayıram...

“Hizbullah” lideri sonra şəhidlər haqda danışıb: “Duyğularımı sizinlə səmimi olaraq bölüşürəm. Məclisdəki bir çox qardaşlar dostları ilə keçirdikləri görüşdə bu haqda danışıblar. Quneytra hücumunda acı verən insanlıq dramı var. Biz də, bu acını yaşayırıq, şəhid ailələri də üzülürlər, ağlayırlar, mən də ağlayıram. Mən ağlamıram demirəm, burda bir problem yoxdur. Mən media və psixoloji döyüşə görə ağlamıram, amma gün olur kameralardan uzaqda mən də digərləri kimi ağlayıram, çünki mən də digər atalar kimi bir atayam. İnsanlıq baxımından biz də üzüldük, acı çəkdik, çünki sevdiklərimizi itirdik. Amma insanlıq halından xaric, meydana gələn hər müsibətdə xeyir, bərəkət, xeyirli moqtələr və İlahi lütfdən başqa bir şey görmürük. İsrail bunu bilsin ki, biz bu cür fikirləşirik. Biz hər məsələdə müqavimət və bölgə cizgisində hər şeydə özümüz üçün Allahın xeyrindən, bərəkətindən və lütfündən başqa bir şey görmürük".

 

Kərbəladan dərs alırıq

“Biz burada da Kərbəladan dərs alırıq. Burada da hz. Zeynəbdən (ə) dərs alırıq. Abdullah bin Ziyad əlləri bağlı əsir olaraq kinayə və qınayaraq “Allah qardaşına nə etdi, gördünmü? Allah sizi pərişan və qurban etdi”- deyəndə hz. Zeynəb (ə) nə cavab verdi? “Allah nə edərsə gözəl edər. Gözəllikdən başqa bir şey görmədim. Allah onlara şəhadəti təqdir etdi, onlar öz yerlərinə getdi. Anan yasını tutsun ey Mərcanənin oğlu. Allah sizin haqqınızda hökm verəcək”- dedi, Bax budur bizim mədəniyyətimiz. Burada cəsarət, qərarlılıq, iradə və şücaət görürük. Biz Quneytra cinayətində, digər cinayətlərdə də, döyüşlərdə sevdiklərimizi itirəndə narahat oluruq, amma hz. Zeynəbin dediyi kimi, “Gəzəllikdən başqa bir şey görmədik”- deyirik. 7 qardaşımıza Allah şəhadət nəsib etdi, onlar öz yerlərinə getdilər. Bizimlə düşmən arasında dünya və axirət sərhədi var. Bundan sonra dost, düşmənin bir sualı var idi: “Hizbullah" cavab verəcəkmi ? Əgər verəcəksə harda? Necə?”. Bunlar ilk gündən dördüncü günə qədər müakirə edildi. Biz çərşənbə günü bu suallara cavab verdik".

 

İsrailə cavab əməliyyatı haqda...

“Hizbullah” lideri İsrailin bu hücumu böynuna almadığnı, lakin “Hizbullah”ın bu əməliyyatın altından imza atdığını deyib: “Bazar gündən çərşənbə gününə qədər, İsrail tərəfindən Livanla sərhəddə həyəcan siqnalı verilmiş və təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Əkinçilər, tanklar, maşınlar,hətta əhali belə gizləndi. Özlərinin “narahat olmağa lüzum yox” demələrinə baxmayaraq, narahat oldular və gizləndilər. Müxtəlif ölkələrə mesaj göndərdilər. Təhdid və hədələrə əl atdılar. Əgər “Hizbullah” bir şey etsə Suriyanı Livanı belə edərik, belə vurarıq” dedilər. Bunu həm açıq, həm də qapalı yerlərdə dedilər. İsraildə komandirlərin, generalların. əhalinin, zabit və əsgərlərin – hamısının gözü Livanda “Hizbullah”ın söyləyəcəyi bir sözdə və ya edəcəyi bir hərəkətdə idi. Əlbəttə bu şəhidlərin qanının bərəkəti, mücahidlərin və onları dəstəkləyənlərin iradəsi idi. Bəzilərinə görə, İran nüvə fəaliyyətinə görə “Hizbullah”a ağız açıb bir şey etməməsini istəyəcək. Bəziləri də suriyali liderlərin cavab verilməməsini istəyəcəklərini düşünürdülər. Əsla belə bir şey olmadı. Açıq deyim ki, nə İran, nə Suriya, nə də başqa əziz dostlarımız bizim zillətimizə razı olmazlar. Heç bir dostumuz qanımız dökülərkən bizim səssiz qalmamızı istəməz”. Şəbadakı əməliyyatımız İsrailə və dünyaya “cinayət cəzasız qalmadı” deməmiz üçün bəs edər. Biz bu əməliyyatla İsrailə dedik ki. siz insanları öldürdükdən sonra evlərinizə gedib rahat bir şəkildə yaşaya bilməyəcəksiniz. Bu günlər ərzində, özünüz də İsrailin cavab gözlədiyini və hansı hesablamalar apardığını gördünüz. Çünki, onlar Müqavimətin güclü və hazır olduğunu çox gözəl bilirlər".

 

Əməliyyat

“Sizə açıq söyləyim ki, biz Quneytra hücumunun ilk saatlarında toplatnı təşkil edib müzakirə apardıq. Biz ilk saatdan etibarən açıq davrandıq. Buna cavab verilməsinin vacibliyini önə çəkdik. Bu mövzuda heç bir şübhədə və tərəddüddə olmadıq. Hətta 1 faiz belə, bizim fikir ayrılığımız olmadı. Düşmən işlədiyi bu cinayətə görə dolayı cəzalandırılacaqdı. Biz əməliyyatın bölgəsini, vaxtını və necəliyini təyin etdik. Biz məsələni böyük bir gizlilik içində sürdürdük və ən açıq şəkildə planımızı həyata keçirərək əməliyyat addımını atdıq. “Hizbullah”ın bənzərsiz əməliyyatı çərşənbə günü 11:30-da başladı və Allaha şükr olsun ki. hər şey əla oldu. Bizim düşündüyümüz, planladığımız və zəmin yaratdığımız düzdür, ancaq nəticə Allahın təqdirindədir, işləri yoluna qoyan Allahdır".

Seyid Nəsrullah sonda İsrailə xitabən “Hizbullah”ın müharibə istəmədiyini, lakin döyüşdən də qorxmadığını və heç bir qaydalara riayyət etməyəcəyini bildirib. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.