haberL haberR

Seyid Nəsrullah: Səudiyyənin Rusiyaya rüşvət təklifi gülməli idi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 30.07.2016 12:25:07

Livan “Hizbullah”-nın lideri, dünən Hizbullah komandirlərindən olan İsmayıl Əhməd Zühriyi anma mərasimində müxtəlif siyasi proseslərlə bağlı çıxış edib

İslamazeri.az-ın “Əl Əhd” portalına istinadən verdiyi xəbərə əsasən, bölgədə ortaq mənafenin mənasız olduğunu deyən Seyid Həsən Nəsrullah bildirib: “İsrail rejiminin işğal və müqəddəslərini təhqir etdiyi Fələstin, hələ də adi məsələ olaraq dəyərləndirilirsə, ortaq mənafedən söhbət gedə bilməz. Ərəb dünyasının ən pis dəyişikliyi Səudiyyə Ərəbistanının İsrail rejimi ilə gizli əlaqəsinin aşkar olmasıdır. Səudiyyə generalının İsrailə səfəri bu əlaqələrin başlanğıcını göstərmir, bu əlaqələr çoxdan mövcuddur. Sadəcə olaraq aşkara çıxardılır. Səudiyyə rejimi İsraillə danışıqlar aparmaq üçün ciddi pullar alır. Bu əlaqənin ən təhlükəli məsələsi, düşüncə və mədəni cəhətdən qoyduğu təsirləri olacaqdır".

"Biz fiqhi və mədəni müsibətlə üz-üzəyik. Çünki hər iki tərəf İsrailin rəsmi olaraq tanınmasının tərəfdarıdır. Ərəb dünyasında bu hadisələrin baş verməsinə baxmayaraq bizim müqavimət və Fələstin dəyərlərimizə olan inamımız artmaqdadır. Bizim Fələstinlə bağlı mövqeyimiz bəllidir. İsrail və Fələstin münasibətlərində haqq və batil məlumdur. Səudiyyəlilər yalnız İsrail tərəfə gedir və bu işi pulsuz olaraq görürlər. Səudiyyə, vəhhabiyyət, İŞİD və Nusa eyni mədəniyyətə sahibdirlər.”, -deyə Seyid Nəsrullah əlavə edib.

Bəhreyn, Suriya və Yəməndə baş verən son hadisələrə də toxunan Seyid Nəsrullah deyib: “Bu günədək xalq, Ayətullah Qasimin həbsinin qarşısını almağa nail olmuşdur. Biz Ayətullah Qasimə dəstəyimizi bildiririk. Səydiyyə Ərəbistanının xarici işlər naziri özünü Suriya xalqının rəhbəri kimi görür.  Adil əl-Cubeyrin Rusiyaya təklifi gülməli idi. Hələbdə baş verən son hadisələr bölgə imperatorluğunun məhvinin göstəricisidir. Səudiyyə Ərəbistanı Yəmən xalqının haqqını tapdalayır və İŞİD-ə dəstək verərək müxtəlif cinayətlər törədir. Sizin layihənizin gələcəyi yoxdur.  Sizin Yəmən, Bəhreyn və Suriya məsələləri barədə müzakirə masasına oturmaq şansınız var. əks halda məğlub olacaqsınız.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.