haberL haberR

Şeyx Cavad Lənkərani onun adından Nardaran hadisələri barədə yayılan xəbəri təkzib etdi

Kateqoriya: Region Yayımlama tarixi: 10.12.2015 14:57:19

Böyü islam alimi Ayətullah Fazil Lənkəraninin oğlu onun adından yayılan xəbərləri təkzib etdi

"Din və millətlər arasında fitnə salanlar fürsət dalınca gəzirlər ki, bu fürsətlərdən öz məkrli siyasətlərini həyata keçirdərək qəlblərindəki kini aşkar etsinlər. Sosial şəbəkələrdə yayılan bu xəbər də həmin məkr və hiylələrdən biridir." Bu fikirlər Ayətullah Cavad Lənkərani sosial şəbəkələrdə onun adından yayılan fikirlərə münasibət bildirərkən deyib.

 

SalamNews xəbər verir ki, mərhum Ayətullah əl-üzma Şeyx Fazil Lənkəraninin Moskva şəhərindəki ofisindən bildirilib ki, Ayətullah Cavad Lənkərani onun adından yayılmış fikirləri təkzib edib və qeyd edib ki, bu kimi xəbərlər islam dininin və iki qardaş xalqın düşmənləri tərəfindən məqsədli şəkildə yayılır. O, bəyan edib ki, Azərbaycanın Nardaran kəndində baş verən hadisələrlə bağlı indiyədək heç kəs ona sualla müraciət etməyib və o, bu barədə indiyədək heç bir açıqlama ilə çıxış etməyib. Nüfuzlu din alimi vurğulayıb ki, ondan dini məzmunlu suallar soruşulduqda hər kəsə yalnız "əmr be-məruf" (yaxşılığa dəvət) və "nəhy əz-münkər" (pisliklərdən çəkindirmə) prinsipləri çərçivəsində və müvafiq şəraitə uyğun şəkildə addım atmalarını tövsiyə edir.

Ayətullah Şeyx Cavad Lənkərani inanclı insanları bu cür fitnələrə uymamağa və ayıq-sayıq olmağa çağırıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.