haberL haberR

Şeyx dindarları bələdiyyə seçkilərində iştirak etməyə çağırıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 22.12.2014 16:38:13

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı dindarlara müraciət edib.
 Şeyxülislam Məhəmməd Peyğəmbərin vəfatının ildönümü ilə bağlı QMİ-də keçirilən tədbirdə ölkə dindarlarını bələdiyyə seçkilərində iştiraka çağırıb.


A. Paşazadə bildirib ki, sabah keçiriləcək seçkidə dindarların iştirakı dövlətçiliyə dəstəkdir: “Mən üzümü dindarlara tutub deyirəm: kimə səs verəcəksiniz, öz işinizdir. Amma hamı gedib seçkidə iştirak etsin. Çünki bu, dövlətçiliyimizə dəstək deməkdir”.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.