haberL haberR

Şeyx Əli Salman zindandan bəhreynlilərə mesaj göndərib

Kateqoriya: İslam Yayımlama tarixi: 17.09.2015 17:25:53

Bəhreynin mübariz ruhanisi xalqa səslənib

İslamazəri.az-ın "Əl-Aləm"-ə istinadən verdiyi xəbərə görə, ölkənin "əl-Vifaq" hərəkatının rəhbəri olan şeyx Salmanın xanımı Ulya Rəzi, həyat yoldaşının Bəhreyn xalqına mesaj göndərdiyini bildirib.

Rəzi öz rəsmi tvitter səhifəsində bildirib: "Mən onun yüksək ruhiyyəsinin şahidi oldum. O əziz və vəfalı Bəhreyn xalqına mənim vasitəmlə mesaj göndərdi. Şeyx dedi ki, biz xalqımızın ədalətli istəklərinin reallaşması üçün səy göstərəcək və bu hərəkat xalqımızın hüquqi istəkləri bərpa olunana qədər davam edəcəkdir. Bu hərəkat heçbir şəraitdə dayanmayacaqdır. O həyatının qalan hissəsini də bu yolda qurban verməyə hazır olduğunu bildirdi. Şeyx həmçinin mədudiyyətlərin bizim israr etməyimizə səbəb olacağını deyərək, nəhayətdə növbəti nəsillərin rahat olmasına səbəb olacağını qeyd etdi."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.