haberL haberR

Şeyx İbrahim Zaqzaqinin rəhbərlik etdiyi Nigeriya "Hizbullah"ı (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.07.2015 14:00:14

Şeyx İbrahim Zaqzaqinin Mahmud, Həmid və Əhməd adlı 3 oğlu şəhid edilib

İslamazeri.az xəbər verir ki, Nigeriyadakı şiə müsəlmanlarının nüfuzlu alimi Şeyx İbrahim Zaqzaqinin rəhbərlik etdiyi "Hizbullah" hərəkatı vardır.

İslam düşmənləri və şər qüvvələrin reaksiyasına səbəb olan və Afrika "Hizbullah"ı olaraq adlandırılan Nigeriyanın "Hizbullah" hərəkatı İrandan maliyyələşmə iddialarını təkzib edir. Bir neçə dəfə hərəkat üzvlərinə İran tərəfindən təlimlər keçirildiyi və hərəkatın Livan "Hizbullah"ı modeli ilə qurulduğu iddia edilib. Nigeriya "Hizbullah" hərəkatı bu günədək 2009-cu il 5 sentyabr tarixində baş verən silahlı toqquşma istisna olmaqla, hər hansı silahlı münaqişələrə girişməyib. Hərəkatın üzvlərinə hücum edən Nigeriya rejimi polisindən bir neçəsi  öldürülmüş, mücahidlərdən isə bir neçəsi şəhid olmuşdu.

Şeyx İbrahim Zaqzaqi Nigeriya "Hizbullah" hərəkatının 2008-ci il mayın 21-də keçirdiyi Qeyri-Qanuni İsrail Simpoziumunda sionist İsrail rejiminin çox yaxında məhv olacağını söyləmişdi.

Qeyd edək ki, Şeyx İbrahim Zaqzaqinin Mahmud, Həmid və Əhməd adlı 3 oğlu şəhid edilib.

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.