haberL haberR

İsa Qasimin nümayəndəsi: Bəhreyn rejimi Ayətullah İsa Qasimi həbs edərsə...

Kateqoriya: Müsahibə Yayımlama tarixi: 26.06.2016 15:37:30

Şeyx İsa Qasimin İranda olan nümayəndəsi “Mehr” agentliyinin suallarını cavablandırıb

İslamazeri.az-Şeyx Əbdullah Dəqaqın müsahibəsini tərcümə edərək təqdim edir:

Əd-Dərraz bölgəsində və Şeyxin evi önündə olan son durum necədir?

-Xalq, Şeyxə qarşı atılan son addımın xəbərini eşitdiyi andan, onun evi önündə toplaşaraq, alimlərini müdafiə etmək qərarına gəldi. Onlar sonu bilinməyən aksiyaya start verdiklərini açıqladılar. O tarixdən bu günədək xalq həmin bölgədə yer alır. İmsak və iftarlarını orda edir, Qədr gecələrini də orda keçirirlər. Böyük alimlər də bu məclisdə iştirak edir. Xüusən camaat və cümə namazları tətil elan olunub və hamı camaat namazı üçün Əd-Dərraza dəvət olunur.

 

-Ali-Xəlifə hərbiçiləri bölgəni mühasirəyə alıblarmı?

-Bəli, onlar bölgəni tikanlı məftillərlə mühasirəyə alıblar. Onlar insanların bölgədən ayrılmasına icazə versələr də, yenidən daxil olmalarına imkan vermirlər. Onlar bu addımla Şeyxin evi önündə olanların sayını azaltmaq və bununla da Şeyxə rahatlıqla hücum etmək niyyətindədirlər. Lakin xalq bu bölgəni tərk etmək niyyətində deyil.

 

-Ali-Xəlifə iddia edir ki, Şeyxə qarşı atılan bu addımın səbəbi, onun xalqı zorakılığa təhrik etməsi ilə bağlıdır. Sizin bu barədə düşüncələriniz nədir?

-Ali-Xəlifə 14.02.2011 tarixində baş verən inqilab zamanı, Lolo meydanını dağıdaraq, xalqı sakitləşdirmək niyyətində idi, lakin bu baş vermədi. Rejim, fəal insanları həbs edir və ya sürgünə göndərirdi. Şeyx İsa Qasim və Şeyx Əli Salman barədə də, onları siyasət meydanından ayırmaq üçün bəzi ittihamlara əl atdı. Lakin Şeyx Salman həbs olunsa da, xalqın qəlbində qaldı. Rejim, Şeyx İsa Qasimin xalqın qəlbində olan sevgisini dərk etmədi. Xalq onun evi önündə toplaşdı və inqilaba yenidən start verildi. Xalq, Şeyxi müdafiə etməklə bu ittihamları qəbul etmədiklərini bildirirlər.

 

-Sizcə, Ali-Xəlifə rejiminin son addımı Bəhreyn inqilabının gedişatından hansı təsirləri qoyacaqdır?

-İnqilabın gedişatı və taleyi Şeyx İsa Qasimin əlindədir. Onun rəhbərçiliyi davam etdikcə inqilab, sivil yolla davam edəcəkdir. Lakin rejim, Şeyx Qasimə qarşı axmaqlığa yol verərsə, bizim variantımız da dəyişəcəkdir. Biz bu məsələylə bağlı ciddi xəbərdarlıq edirik və Ali-Xəlifəni bu barədə ehtiyatlı olmasını istəyirik. Biz Lolo meydanında baş verən hadisələrin davamını yaşayırıq.

 

-Səudiyyə Ərəbistanının bu məsələdə olan rolunu necə dəyərləndirirsiniz?

-Səudiyyəlilər problemin başıdırlar. Şeyx Qasimə qarşı atılan son addım Səud rejimi və İngiltərənin verdiyi bir qərar idi ki, Ali-Xəlifə onu icra etdi.

 

-Qasim Süleymaninin bu barədə olan məktubunu necə dəyərləndirirsiniz?

-Bu məktub, dəqiq vaxtda və dəqiq şəraitdə göndərildi. Məktubda, Ali-Xəlifənin, qırmızı xəttə hücum etdiyi qeyd olunmuşdu. Rejimin qarşısında ikinci bir yol da var. O da, Şeyxin vətəndaşlığını geri qaytararaq, onunla müzakirələrə başlamaqdır. Ali-Xəlifə qırmızı xətlərimizə hücum etməyə dabam edərsə, həqiqət və hesablamalar dəyişəcəkdir və mümkündür ki, xalqın həyata keçirəcəyi inqilab Ali-Xəlifə rejiminin sonu olsun.

 

-Beynəlxaq təşkilatların və dünyada olan insan haqları müdafiəçilərinin bu barədə mövqeyi necə olmalıdır?

-Təəssüf olsun ki, beynəlxalq təşkilatlar sadəcə narahatçılıqlarını biruzə verdilər. Bir halda ki, bu, məsələnin həllinə yardımçı olmur. BMT əməli olaraq mövqe bildirməli və Ali-Xəlifənin addımlarını durdurmalıdır. Əks halda bu addımların heç bir xeyri olmayacaqdır.

 

-Qarşıdan gələn cümə günü beynəlxalq Qüds günüdür.  Şeyx Qasimin son olaylarının bu günə yaxın bir zamanda baş verməsi əlaqəlidirmi?

-Ayətullah İsa Qasim, Qüds və Fələstin məsələsini xalqın qəlbində möhkəmləndirdi, xalqı İsrail rejiminin qarşısında, Fələstinin isə yanında olmasınıa şərait yaratdı. Bu səbəbdən xalq, bu günü bu il də yaşadacaqdır. Şeyxə zülm oldunduğu və ölkədə sürgün edilməsinə cəhd olunduğu kimi, fələstinlilərə də zülm olunur və vətənlərindən sürgün edilirlər.

 

-Sizcə, Qüdsün azadlığı hansı yollarla mümkündür?

-Bu, müsəlmanların vəhdəti ilə mümkündür. Belə olmadığ halda “Hizbullah” kimi Sionist rejimi ilə savaşmaq lazımdır. Biz “Hizbullah”-ın yolunu Suriya, İraq və Yəməndə müşahidə edirik. İsrail rejimi əleyhinə müqavimət xətti təşkil olunar və bu rejimi mühasirəyə alarsa, Sionist rejiminin günbəgün zəyifləməyinin şahidi olacağıq və gözlərimizlə məhvini görəcəyik.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.