haberL haberR

Şeyx İslam alimlərini birliyə çağırdı

Kateqoriya: Ölkə Yayımlama tarixi: 25.02.2015 10:05:39

"İslam aləminin bütün nüfuzlu şəxsiyyətləri birləşməlidir"

Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Məscidin xadimi əlahəzrət Salman bin Əbdüləzizin himayəsi ilə İslam Aləmi Liqasının "Terrorizmə qarşı mübarizə" adı altında təşkil etdiyi Beynəlxalq konfransda iştirak etmək məqsədi ilə Məkkədə səfərdə olub.

QMİ-nin mətbuat xidmətindən islamazeri.az-a verilən məlumata görə, konfransda çıxış edən Allahşükür Paşazadə İslam dünyasının və bütün bəşəriyyətin kəskin ziddiyyətlər, qanlı olaylar və narahat gündəm yaşadığı bir dövrdə İslam Aləmi Liqasının belə bir konfransı təşkil etməsini məntiqi bir qərar kimi dəyərləndirərək minlərlə günahsız insanın məhv olduğu bir dönəmdə müsəlman dünyasının özünün sülh məramını bir daha bəşəriyyətə bəyan etməli olduğunu xüsusi ilə vurğulayıb.

O, bu gün dünyada, xüsusilə İslam coğrafiyasında müsəlmanların bir-birinin qanını axıtdığını məyusluqla qeyd edərək bildirib ki, eyni qibləyə namaz qılanların bir-birini kafir adlandıraraq qətlə yetirməsinin qarşısını almaq üçün islam aləminin bütün nüfuzlu şəxsiyyətləri birləşməlidir.

Terror bəlasının Azərbaycan xalqından da yan keçmədiyini qeyd edən A.Paşazadə 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının erməni ekstremizmi və terrorunun aydın nümunəsi olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.