haberL haberR

Şeyx Naim Qasim: "Müqavimət xəttindən daha şərəfli yol varmı?"

Kateqoriya: İslam Yayımlama tarixi: 30.05.2015 16:23:28 2502 dəfə oxunub.

“Hizbullah” baş katibinin muavini çıxış edib

İslamazeri.az-ın Livanın “əl-Əhd” saytına istinadən verdiyi xəbərə görə, "Hizbullah" hərəkatının baş katibinin birinci müavini Şeyx naim Qasim İŞİD-lə İsrailin heç bir fərqi olmadığını vurğulayaraq deyib: “İslam bu gün dinin hörmətini ləkələmək istəyənlərlə mübarizədədir. İslam bayrağını daşıdıqlarını iddia edərək, islama zidd əməllər edənlərlə mübarizədədir. Bir halda ki, müqavimət xətti elə bir xətdir ki, islamı rəhmət, insaniyyət, cihad, əxlaq və izzət dini kimi qələmə verir. İmperialist qüvvələr bu xətlə düşməndirlər və “Əl-Qaidə”, İŞİD və “Nusra”-nı dəstəkləyərək islamı ləkələmək fikrindədirlər. Müqavimətdən daha şərəfli bir yol varmı ki, dünya ölkələrinin etmədiyini, o, 2000-ci ildə etdi və İsrailin zəbt etdiyi torpaqları geri qaytardı. Müqavimət xətti davam edəcəkdir. Çünki, bu xəttin insanın fitrəti ilə əlaqəsi var. Bu yolda çətinliklərin olmasına baxmayaraq, biz müqavimətdən əl çəkməyəcəyik. Sionist rəhbərlərinin çıxışına diqqət edin. Onlar İŞİD-in onlar üçün heç bir təhlükə olmadığını bildirirlər. Və ya 6 mindən çox terorçu onların xəstəxanasında müalicə görür. Beləliklə, İsrail ilə İŞİD arasında nə fərq var? Bu qrupların heç biri digərlərindən təhlükə hiss etmir”.


Şeyx Naim Qasim həmçinin Ərəbistanda İmam Hüseyn (ə) məscidinin partladılma aktını pisləyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.