haberL haberR
Şiə alimi Şeyx Nimr müqavimətə davam edəcəyini bildirib.

Islamazeri.az-ın türk mediasına istinadən verdiyi xəbərə görə, Şeyx Nimr bazar ertəsi ailəsi ilə görüşündə bu sözləri deyib: "Müqavimət davam etməlidir. Şiddət bizim üçün qorxu olmamalıdır. Haqqımda çıxarılan qərarın müqavimətə təsiri olmamalıdır."

Şeyx Nimrin qardaşı Cəfər əl-Nimr "Al-Alam" kanalına verdiyi açıqlamasında bildirib: "Səudiyyə İnsan Haqları Təşkilatının nümayəndəsi evimizə gələrək Şeyx Nimrin əhvalını soruşdu və istəklərinin olub olmamasını öyrənmək istədi. Şeyx Nimr isə bu suala qarşılıq olaraq belə cavab verdi: "Mənim şəxsi istəklərimi soruşunca vəzifənizi icra edin və həbsdə çürüyən günahsız insanların azad olmaları üçün çalışın." "

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.