haberL haberR
"Şeyx Əli Salman ən qısa zamanda sərbəst buraxılmalıdır"

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, İslam aləminin böyük mərcəyi-təqlidi Ayətullah Nasir Məkarim Şirazi Bəhreyn hökumətindən  "Əl Vifak" təşkilatının rəhbəri Şeyx Əli Salmanın sərbəst buraxılmasını istəyib. 

 Ayətullah Məkarim Şirazinin bürosundan yazılan bildiriş aşağıdakı kimidir :

"Şeyx Əli Salmanın təhlükəsizlik qüvvələri tərəfindən tutulması xəbəri böyük üzgünlüyə səbəb olmuşdur. Bəhreyn hökuməti bu ölkənin vəziyyətini günbəgün  daha da qarışıq hala gətirəcək və Şiələrin, eyni zamanda dünyanın azad və hürr insanlarının nifrətini qazanacaq davranışlardan çəkinməlidir.
Şeyx Əli Salmanın ən qısa zamanda sərbəst buraxılması və Bəhreyn xalqının ədalətə söykənəcək haqlara qovuşması labüddür.
Vəssalamu Əleykum və Rəhmətullahi və Bərəkatuhu"

Xatırladaq ki, bundan öncə Ayətullah Sistani də Bəhreyn hökumətindən Şeyx Əli Salmanın azad edilməsini istəmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.