haberL haberR

Şeyx Zəkzaki bir gözünü itirib, digəri isə əməliyyat olmasına baxmayaraq kor olma astanasındadır

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.09.2016 11:35:59

Nigeriya islami hərəkatının üzvlərindən olan İsmail Şueyb ölkə böhranı barədə açıqlama verib.

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, Şeyx Zəkakinin sağlamlığının orta-ağır olduğunu bildirən Nigeriya islami hərəkatının üzvlərindən olan İsmail Şueyb deyib: “O bir gözünü itirib, digəri isə əməliyyat olmasına baxmayaraq kor olma astanasındadır. 1 aydır ki, onun məhkəməsi başlayıb, lakin hələ nəticə əldə olunmayıb. Xalqın Şeyx Zəkzakiyə dəstək aksiyaları hələ də davam edir. Son hadisədən sonra rejim şiələrdən çəkinir. Bu səbəbdəndir ki, keçirilən aksiyalara qarışmır. Təəssüfləndirici hal beynəlxalq qüvvələrin bu məsələ barədə səssiz olmalarıdır.”

Şeyx Zəkzakinin olmadığı zamanda ölkə şiələrinin rəhbəriyyəti barədə də açıqlama verən Şueyb bildirib: “Allahın lütfü ilə Şeyx Yaqub Yəhya Katsina Şeyx Zəkzakini əvəzləyir. Rejimin Məhərrəm ayıında yenidən hansısa təxribata yol verəcəyi ehtimal olunsa da, heç bir qüvvə bizim bu ayda olan məclislərimizin qarşısını ala bilməz. İmamın 40 günündə Kərbəlaya olan yürüyüşümüz Allahın izni ilə baş tutacaqdır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.