haberL haberR

SHXÇDX-nin 4 rayon şöbəsinin rəisi işdən çıxarılıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 14.11.2014 15:22:18

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 4 rayon şöbəsinin rəisi işdən çıxarılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, xidmətin İmişli və Saatlı rayon şöbələrinin rəisləri yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir və Gəncənin Kəpəz rayon şöbələrinin rəisləri isə tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.