haberL haberR

Şiələrin həbsinə qarşı etiraz aksiyaları keçirildi

Kateqoriya: İslam Yayımlama tarixi: 01.11.2014 20:00:07

Pakistanın müxtəlif şəhərlərində mitinqlər və nümayişlər keçirilib.

İslamazeri.az "Shiapost"-a istinadən xəbər verir ki, Pakistanın müxtəlif şəhərlərində şiələrin həbsinə və kütləvi öldürülməsinə qarşı etiraz aksiyaları keçirilib. 

Mitinqlərin keçirildiyi əsas şəhərlər bunlardır: İslamabad, Kvetta, Ravalvindi, Bahavalpur, Bəlucistanın müxtəlif bölgələri . 
Bildirilir ki, etiraz aksiyalarının dəstəkçiləri Müsəlmanların Vəhdət Məclisi və İmamiyyə Tələbə Təşkilatı olub. Onlar şiələri haqsızlığa qarşı etiraz etməyə səsləyiblər.

Ravalvindi şəhərində keçirliən aksiyada Müsəlmanların Vəhdət Məclisinin sözçüsü Mövlanə Zayqam Abbas deyib: "Təkfirçi nasibi terrorçular günahsız insanları qətlə yetirirlər. Onların hədəfləri şiə-müsəlmanlarıdır."

İmamiyyə Tələbə Təşkilatının prezidenti Tahvar Abbas  deyib ki, şiələrin günahı terrorizmə və ekstremizmə nifrət etmələridir və əgər həbs olunan şiə gəncləri Aşura gününə qədər azadlığa buraxılmasa, onlara mitinqləri davam etdirəcəklər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.