haberL haberR

Şiəni düşmən bilən qruplar Qüdsü işğal edənləri unudublar - Müqtəda Sədr

Kateqoriya: Dünya Yayımlama tarixi: 14.06.2015 14:50:54

"Şiəni düşmən bilən qruplar Qüdsü işğal edənləri unudublar" - belə bir açıqlamanı İraqın "Sədr" qrupunun lideri Seyid Müqtəda Sədr verib

İslamazeri.az-ın “ISNA”-ya istinadən verdiyi xəbərə görə, İraqın "Sədr" qrupunun lideri Seyid Müqtəda Sədr İraqın ən pis dövlərini geridə qoymasına baxmayaraq, səhlənkarlıq sayəsində daha pis hala düşməsi xəbərdarlığını edib.

Sədr deyib: "Bütün İraq zorakılıq faktlarının girdabındadır və heç kim də amanda deyil. Lakin vəziyyət bu cür davam etməməlidir və sülh yolunda addımlarımızı çoxaltmalıyıq. Hazırki dövlət qəbul olunasıdır. Lakin problem burasındadır ki, öncəki dövlətin yalnışlarını təkrar edir”.

O İraqda baş verən terror aktlarına da toxunaraq bildirib: “Terror ABŞ və İsrailin layihəsidir. ELə bu səbəbdəndir ki, biz ABŞ-ın İŞİD müqabilində susmağının, hətta dəstəyinin şahidi oluruq. İŞİD İraqın bu günkü problemi deyil. Şiəni özünə düşmən bilən qruplar Qüdsü işğal edənləri unudublarki, onlar daha çox təhlükəsizliyə sahib olsunlar. Onları tamamilə birdən aradan aparmaq çox çətin bir işdir. Çünki bu qrupun düşüncələri hazırda bəzilərinin arasında ciddi təfəkkürlü bir əqidəyə çevrilib. Bu iş yalnız vuruşmaqla olmayacaqdır. Adekvat siyasi və mədəni addımlarda atılmalıdır ki, hazırda onlardan əsər əlamət yoxdur. “Əl-Qaidə” də İraqda pərakəndə halda mövcuddur”.

Seyid Sədr sözlərinin davamında İraq və Amerika arasında olan təhlükəsizlik razılaşmasını qınayaraq bu addımı işğalçılığın leqallaşması kimi dəyərləndirib. Sədr hərəkatının lideri Bağdadla Vaşinqtonun əlaqələrinin yalnız ABŞ  ordusunun bütün qüvvələrinin ölkədən çıxmasından sonra mümkünlüyünü  qəbuledilən olduğunu bildirib.

Sədr İraqın digər ölkələrlə əlaqələrinin qurulmasının vacibliyinə də işarə edib: “İraqın ABŞ-la olan əlaqələri ölkəmizin xarici əlqələrini kölgəyə altına salıb. Xüsusəndə, Rusiya və Çinlə. Mənim yalnız dövləti qınamaq fikrim yoxdur”.

O Suriya xalqı ilə həmdərd olduğunu qeyd edərək, bu ölkədə olan böhranın daxili olduğunu önə çəkərə bildirib: “Bu böhranın bitməsi bir çox böhranların, xüsusən də Yəmən və İraq böhranının sona çatması ilə yekunlaşacaq. Bəziləri bizim bu ölkəyə qüvvə göndərdiyimizi deyir. Biz bir əsgər belə göndərməmişik”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.