"Silahlı şəxslər İrəvanda 1 general da daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır"

İslamazeri.az-ın “RT”-ya istinadən verdiyi xəbərə əsasən, hücum nəticəsində bir nəfər ölüb, neçə nəfər isə girov götürülüb. İrəvanın polis binasını ələ keçirən silahlı şəxslərin, çevrilişə hazırlaşdıqları ehtimalı irəli sürülüb. Əməliyyatın, yanvar ayının 20-si həbs olunan Jirayer Sefiliyanın sərbəst bıraxılması üçün təşkil olunduğu da bildirilir. Sefiliyan, ölkə müxaliflərinin rəhbəri kimi tanınır və dövlətə qarşı çevriliş etməkdə ittiham olunur.
"Silahlı şəxslər İrəvanda Ermənistan polisinin yeddi əməkdaşını girovluqda saxlayır" - "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu erməni parlamentinin müxalifətdən olan deputatı, qiyamçıların ələ keçirdiyi post-patrul xidmətinə baş çəkmiş Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da var. Qiyamçılar daha bir polisi səhhətində problemin olması səbəbilə girovluqdan buraxıblar.
"Silahlı dəstə Jirayr Sefilyanın azadlığa buraxılmasını, Ermənistan prezidenti Serj Sarkisyanın istefaya getməsini və hakimiyyəti xalqa təhvil verlməsini tələb edir", - deyə deputat qeyd edib.
Deputat vurğulayıb ki, qiyamçılar onlara qarşı hər hansı hücum əməliyyatına sonadək mübarizə aparmağa kökləniblər. Qeyd
Qeyd edək ki, silahlıların polisin binasına hücumu zamanı 1 polis əməkdaşı öldürülüb, iki asayiş keşikçisi yaralanıb. Erməni mətbuatının məlumatına görə, silahlı şəxslər arasında da yaralanan var. Ermənistan polisi tərəfindən silahlıların əməliyyatının gedişi barəsində hər hansı rəsmi açıqlama verilmir.
Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasını ələ keçirmiş şəxslər hökumətin istefasını tələb edirlər.
İrəvanda Ermənistan Polisinin Patrul-mühafizə polkunun binasını ələ keçirmiş şəxslər Ermənistan hökumətinin istefasını tələb edirlər.
Silahlı şəxslər İrəvanda 1 general da daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır
Silahlı şəxslər İrəvanda 1 general da daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır
Silahlı şəxslər İrəvanda 1 general da daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır
Silahlı şəxslər İrəvanda 1 general da daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır
Silahlı şəxslər İrəvanda 1 general da daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.