haberL haberR

“Şimal-Cənub dəmir yolu 3-4 ilə tamamlanacaq”

Kateqoriya: Region Yayımlama tarixi: 01.02.2016 11:19:27

Xəzər Dəniz Gəmçiliyi QSC-nin sərdi Rauf Vəliyev ANS-ə müsahibə verib.

İran üzərindən sanksiyalar götürüldükdən sonra ən tez bir zamanda dünya bazarlarına çıxmaqda maraqlıdır. Bu istiqamətdə isə Azərbaycan onun üçün həm Avropaya, həm də Asiyaya açılan qapı olacaq. Şimal-cənub istiqamətində yükdaşımaların artması isə Azərbaycana tranzit yükdaşımalardan gələn gəliri artırmaqla yanaşı bu tranzitdən istifadə edən ölkələrə də keyfiyyətli və təminatlı imkanlar verir. Bütün bu işləri həyata keçirmək üçün, Əmirabadda tikilən bərə körpülərindən istifadə olunacaq. 

Şimal-Cənub istiqamətində dəmir yol tikintisinin 3-4 ilə tamamlana biləcəyini deyən Xəzər Dəniz Gəmçiliyi QSC-nin sərdi Rauf Vəliyev ANS-ə müsahibəsində deyib ki, işləri həyata keçirmək üçün, Əmirabadda tikilən bərə körpülərindən istifadə olunacaq. 

“Bərə körpüləri demək olar ki, hazırdır. Sadəcə həmin bərə körpülərini İranın dəmir yolu sistemi ilə birləşdirmək üçün iki km-lik xəttin çəkilməsi nəzərdə tutulub. O 2 km məsafə çəkildikdən sonra həmin yüklərin əhəmiyyətli bir hissəsini Əmirabadda olan bərə terminalı vasitəsi ilə bizim bərələrlə Ələtə daşınmasını düşünürük. İran tərəfi ilə bununla bağlı ciddi danışıqlar aparılır.” – deyə Rauf Vəliyev bildirib. 

Qurum rəhbəri həmçinin Aktaudakı mövcud vəziyyətdən də danışıb. Onun sözlərinə görə, problemin birdəfəlik həlli istiqamətində mühüm addımlar atılıb: 

“Liman rəhbərliyi tərəfindən müəyyən tədbirlər görülüb, ən azı minimum tələblərə cavab verən şərait orada yaradılıb. Amma ümümilikdə götürsək, o limanda işlər hələ sona çatdırılmayıb və hər şeyin yüksək səviyyədə olmasını gözləmək düzgün deyil.” – deyə Rauf Vəliyev qeyd edib. 

Bundan əvvəl Rusiya-Türkiyə münasibətlərinin pisləşdiyi bir vaxtda Rəsmi Ankara ticarət yüklərini Azərbaycan üzərindən Aktauya göndərmək qərarına gəlmişdi. Elə həmin vaxt Aktauda mövcud problem sıxlığa səbəb olmuşdu.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.