haberL haberR

Şimali Koreya lideri ilk dəfə elan etdi: "Hidrogen bombamız var"

Kateqoriya: Dünya Yayımlama tarixi: 10.12.2015 15:18:27

Kim Çen İn ölkədə hidrogen bombasının olmasına dair ilk dəfə açıqlama verib

İslamazeri.az-ın "Sputniknews"-a istinadən verdiyi xəbərə görə, Şimali Koreya lideri Kim Çen İnn paytaxt Pxenyandakı silah zavoduna səfəri zamanı hidrogen bombası istehsal etdiklərini dilə gətirib. O, bu bombanı suverenliklərini qorumaq üçün nüvə silahı ilə birlikdə istifadə etmək gücünə sahib olduqlarını bildirib.

Mütəxəssislər bu açıqlama ilə Şimali Koreya liderinin ilk dəfə olaraq hidrogen bombasından bəhs etməsinə diqqət çəkib.

Qeyd edək ki, Şimali Koreya 10 aprel 2015 tarixində də nüvə silahı istehsal etdiyini elan etmişdi. O, bundan əvvəl 3 dəfə (2006, 2009, 2013) yeraltı nüvə sınağı həyata keçirib. Hidrogen bombası dünyanın ən güclü silahı hesab edilir. Bu bomba ilk dəfə Sovet İttifaqında istehsal edilib. "Çar bombası" olaraq da tanınan "AN602" 1961-ci ildə sınaqdan keçirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.