haberL haberR

Şimali Koreya və Cənubi Koreya razılaşdı: Müharibə olmayacaq

Kateqoriya: Siyasət Yayımlama tarixi: 25.08.2015 13:56:18

Hər iki ölkə III Dünya Müharibəsinin astanasından qayıdıb

İslamazeri.az "Yonhap" xəbər agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya səsucaldan vasitəsilə radio yayımına son verməyi, Şimali Koreya isə iki ölkə arasında yaşanan son hadisələr səbəbiylə üzr istəyəcəyini bildirib.

İki ölkə arasında avqustun 22-də başlayan müzakirələr mətbuata qapalı şəkildə davam edirdi. Gedişatı haqqında heç bir şey bildirilməyən müzakirələr zamanı hər iki tərəfin hərbi gücünü nümayiş etdirdiyi müşahidə olunub. ABŞ Koreya yarımadasına strateji qüvvələrini çıxarmaqla Şimali Koreyanı təhdid etmişdi.

Xatırladaq ki, Şimali Koreya və Cənubi Koreya arasındakı gərginliyin son həftələrdə yüksəlməsindən və qarşılıqlı atəşin açılmasından sonra Şimali Koreya lideri Kim Çen In sərhəddə xidmət edən qüvvələrin müharibə vəziyyətinə keçməsi əmrini vermişdi. Cənubi Koreya şimal qonşusunun sərhəddə təbliğat üçün istifadə etdiyi səsucaldanları vurmasına artilleriya atəşi ilə qarşılıq vermişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.