haberL haberR

Şimali Koreyalı daha bir diplomat Cənubi Koreyaya sığındı (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.08.2016 16:11:11

"Səfir müavini Zai işindən ayrılma səbəbinin Kim Conq Un rejiminin siyasətindən cana doyması və bezməsi olduğunu bildirib.

İslamazeri.az "euronews"-a istinadən xəbər verir ki, təxminən bir aydır itkin olan Şimali Koreyanın Londondakı səfirinin vəkili Zai Yonq Hu (Thae Yong Ho) işdən çıxaraq ailəsiylə birlikdə Cənubi Koreyaya sığınıb. Arvadı və üç uşağı ilə birlikdə Cənubi Koreyaya gedən 50 yaşlı Zai Yonq Hu beləliklə, rəsmi Pxenyan hökumətinin Cənubi Koreyaya gedən ən yüksək səviyyəli dövlət rəsmisi olub.

Cənubi Koreyalı səlahiyyətli etdiyi mətbuat açıqlamasında məsələyə aydınlıq gətirib.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin mətbuat katibi Jeong Joon He məsələni bu cür açıqlayıb: "Səfir müavini Zai işindən ayrılma səbəbinin Kim Conq Un rejiminin siyasətindən cana doyması və bezməsi olduğunu bildirib. O, Cənubi Koreyadakı kimi azad bir demokratiya anlayışını mənimsəyir. Bundan başqa, uşaqlarını və ailəsinin gələcəyini də düşünür."

Zainin ailəsiylə birlikdə itkin düşdüyü və Londonun qərbindəki Ealing səmtində yerləşən Şimali Koreya Səfirliyindəki işinə iyul ayının əvvəlindən bəri getmədiyi bilinirdi.

Son bir neçə ildir ki, Şimali Koreyanı tərk edən dövlət rəsmisi sayı nəzərəçarpacaq dərəcədə artım göstərmiş, keçən il 814 diplomat Cənubi Koreyaya sığınmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.