haberL haberR

Sionist İsrail diplomatiyası çökür - İsrailli diplomatlar

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.04.2016 12:39:21

İsrail rejiminin XİN işçiləri nazirliyin çökmə astanasında olduğunu bildiriblər

İslamazeri.az-ın İsrail mediasına  istinadən verdiyi xəbərə əsasən, ölkə büdcəsinin azalması rejimin 5 nümayəndəliyinin bağlanmasına diplomatların mühüm postlardan ayrılmasına səbəb olub.

İsrail səfirlərinin cari ildə keçirdikləri konfransda bu mövzu müzakirəyə qoyulub.

Rejimin XİN rəsmisi Hanan Godar məsələyə işarə edərək deyib: “Ölkə XİN-i çökməyə doğru gedir və xarici xidmətlərimiz böhranlı haldadır. Dövlət bir  ildir ki, bizə problemlərin həll olacağı barədə ümüd verir. Lakin xairici ölkələrdə olan səfirlərimizin istefa dalğası böyüyür. Diplomatlarımızdan çoxu milli təhlükəsizlik qərargahına köçüblər. Hazırda ölkəmizin dünya ölkələrində 106 səfiri olduğu halda, Yunanistanın 142, Hollandiyanın 141, Misirin 223, İranın isə 142 səfiri var. Əldə olunan nəticəyə əsasən, hazırda İsrail və Fələstinin xarici dövlətlərdə eyni sayda səfiri var.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.