haberL haberR

Sionist İsrail rejimi Məscidül-Əqsanı bölmək istəyir

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 11.09.2015 14:35:00

Xəbərdə Məscidül-Əqsanın böyük hissəsinin sionistlər üçün ayrılacağı ifadə edilib

İslamazeri.az "IRIB"-ə istinadən xəbər verir ki, İşğalçı İsrail rejimində yayımlanan bir qəzet Məscidül-Əqsanın müsəlmanlar ilə sionistlər arasında bölünməsilə bağlı təxribat planının bu ilin sonuna qədər tətbiq olunacağını ifadə edib.

"Haaretz" qəzeti bugünkü buraxılışında sionist səlahiyyətlilərə istinadən Məscidül-Əqsanın zaman baxımından sionistlər ilə müsəlmanlar arasında bölünəcəyini və hər biri üçün namaz və ibadət üçün müəyyən payın veriləcəyini qeyd edib.

"Haaretz" Məscidül-Əqsanın məkan baxımından müsəlmanlar ilə sionistlər arasında bölünməsinin, zaman baxımından bölünməsindən sonra başlayacağını yazıb.

Xəbərdə Məscidül-Əqsanın böyük hissəsinin sionistlər üçün ayrılacağı ifadə edilib.

Son sıralarda işğalçı İsrail kabinetində ələ alınan bu təxribat planına uyğun olaraq, işğalçı rejim Məscidül-Əqsanı bölmək və təxribat planını həyata keçirmək üçün münasib fürsət tutmuş olacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.