haberL haberR

Sionist rejim ikinci dəfə Əqsa məscidinə hücum etdi (Foto - Video)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 15.09.2015 13:11:59

Bu gün səhər saatlarında təxminən 200 işğalçı rejim əsgəri Əqsa məscidinə basqın edərək keşik çəkənlərə hücum edib.

İslamazeri.az-ın "Rasthaber"-ə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında təxminən 200 işğalçı rejim əsgəri Məscidül-Əqsaya basqın edərək keşik çəkən qüdslülərə hücum edib. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı deyilir.

Məsciddə keşik çəkənlədən biri isə, təxminən 200 işğalçı rejim əsgərinin bu gün səhər saatlarda Məscidül-Əqsa kompleksində (əl-Həram əş-Şərif) yerləşən Əl-Qibli məscidinə basqın edərək cənazələrin olduğu hissənin qapısını sındırdığını, müqavimət göstərən mühafizəçilərin isə işğalçı əsgərlər tərəfindən zorakılığa məruz qaldığını, təcavüz nəticəsində bir neçə nəfərin yaralandığını və bir neçə nəfərin isə həbs olunduğunu bildirib.

Əvkaf İdarəsi verdiyi məlumatda isə, hücum nəticəsində yaşlı bir müsəlmanın gözündən rezin gülləylə yaralandığını və 5 nəfərin həbs olunduğunu bildirib.
Sionist rejim Məscidül-Əqsanı yer və vaxt baxımından sionistlərə vermək üçün səhər saat 07-dən 11-ə qədər məscidi zorla boşaldır. Onlar buradakı məscid camaatını və tələbələri zorla bayıra çıxarır, müqavimət göstərənlərə isə elə məscidin içərisində gözyaşardıcı qazla müdaxilə edib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.