Sionist rejim kişilərin Məscidül-Əqsaya girişinə qadağa qoydu
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 18.09.2015 13:11:44

İslamazeri.az-ın "Yeni Şafak"a istinadən verdiyi məlumata görə, İsrail polisi sabahdan yaşı 40-dan az olan kişilərin Məscidül-Əqsaya girməsinə qadağa qoyur.
İsrail polisinin verdiyi açıqlamada sabahdan yalnız qadınların və 40 yaşından yuxarı kişilərin girişinə icazə veriləcəyi, həmçinin Qüdsəki polislərin sayının artırılacağı qeyd edilir.
Digər tərəfdən İsrail baş naziri Benyamin Netanyahunun BMT baş katibi Pan Ki Muna zəng edərək Əqsadakı vəziyyətlə bağlı məlumat verdiyi bildirilib.
Verilən rəsmi açıqlamada Netanyahunun Pan Ki Muna İsrailin zorakılıqla mübarizə apardığı və fələstinlilərin vəziyyəti qızışdırmasına baxmayaraq, Əqsanın hüquqi statusunu qoruyub saxladığını bildirib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.