haberL haberR

Şirvan şəhərindən reportaj: ölənlərin artacağı ehtimal edilir - FOTO

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 27.07.2016 16:52:44

Xəstələrdən vəziyyəti ağır olanlar var

Polis ərazini nəzarətə götürüb
Dünən Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində baş verən partlayışda xəsarət alanlardan iki nəfərinin vəziyyəti ağırdır və ölənlərin sayının artma ehtimalı var. Bizimyol.info saytının Şirvan şəhərinə ezam olunmuş əməkdaşları xəbər verir ki, xəsarət alanlardan biri Bakıya aparılaraq əməliyyat edilsə də, vəziyyəti ağır olaraq qalır. Şirvan şəhər xəstəxanaslnda olan yaralılardan isə ikisinin vəziyyəti ağır, 3-nün vəziyyəti isə orta ağır kimi qiymətləndirilir. Digərlərində isə müxtəlif dərəcəli yanıq xəsarətləri var. Jurnalistlərin və digər şəxslərin xəstəxanaya girişinə məhdudiyyət qoyulub.
Hadisə baş verən zavod istiqamətinə də hərəkət məhdudlaşdırılıb. Əraziyə hələ də yanğınsöndürmə maşınları gəlib-getməkdədir. Zavoddda gedən bütün yollarda post qurulub və şəhərin polis rəisinin rəhbərliyi ilə əraziyə nəzarət edilir. Fövqəladə Hallar nazirinin iki müavini, Müdafiə Sənayesi naziri və müavinləri, həmçinin digər əlaqədar qurumların rəhbər şəxsləri hadisə yerindədir. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəbi ilə bağlı müvafiq araşdırma aparırlar.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 24 nəfər isə müxtəlif xəsarətlər alıblar.
Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
Hadisə ilə bağlı prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.

Şirvan şəhərindən reportaj: ölənlərin artacağı ehtimal edilir - FOTO

/haberimaj/habergaleri/3V0H2R3T2E9H.JPG
  1. Şirvan şəhərindən reportaj: ölənlərin artacağı ehtimal edilir - FOTO

  2. Şirvan şəhərindən reportaj: ölənlərin artacağı ehtimal edilir - FOTO

  3. Şirvan şəhərindən reportaj: ölənlərin artacağı ehtimal edilir - FOTO

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.