haberL haberR

Şirvanda baş verən partlayışda ölən şəxsin kimliyi məlum olub (Yenilənib)

Kateqoriya: Hadisə Yayımlama tarixi: 06.07.2015 14:40:13

Şirvan şəhərindəki zavodlardan birində qəza baş verib
SN: Xəsarət alan 19 nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib

Şirvan şəhərində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda baş verən qəzada xəsarət alan 19 nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Bu barədə  məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, zərərçəkənlər partlayış nəticəsində yüngül zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

 

L. Bayramova qeyd edib ki, zərərçəkənlərə toksikoloq və reanimatoloqlar yardım göstərir.

 

Telemexanika Zavodunda baş verən qəza nəticəsində ölən şəxsin kimliyi məlum olub.

 

Ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.

 

İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

 

Hadisə nəticəsində xəsarət alan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.

 
* * * 13:40
 
Hadisə bu gün saat 12 radələrində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda qeydə alınıb.
 

Zavodun sexlərdən birində baş verən qəza nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.

Hadisənin baş vermə səbəbləri araşdırılır. Ölən və yaralananların adları dəqiqləşdirilir.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.