haberL haberR

Şirvanda baş verən partlayışın ilkin səbəbləri açıqlanıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 06.07.2015 17:07:17

Şirvanda zavodda baş verən qəzanın ilkin səbəbi məlum olub
Şirvan şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev açıqlamasında bildirib ki, Müdafiə Sənayesi Naziyinə məxsus Telemexanika Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib.
 

S. Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.

MSN Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov bildirib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.

Yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirən U. Məmmmədov deyib ki, yanğın zamanı 2 nəfərin ölməsi 30 nəfərin xəsarət alması barədə xəbərlər həqiqəti əks etdirmir, bunlar şaiyədir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib ki, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü evə buraxılıb, 6 nəfərin müalicəsi stasionar qaydada davam etdirilir.(apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.