haberL haberR

Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın

Kateqoriya: Hadisə Yayımlama tarixi: 16.06.2016 13:57:08

Əməliyyat keçirilib.

Şirvan şəhərində maskalı şəxs yanacaqdoldurma məntəqəsinə basqın edib.

Şirvan şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 1 May küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

Yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxs, orada operator işləyən Elvin Əhmədovu döyərək kassadakı 500 manatı götürüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Mahir İmanov tutulub.

Araşdırma zamanı onun daha bir neçə cinayəti orta çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.