haberL haberR

Şirvandakı partlayışda xəsarət alanlardan biri də dünyasını dəyişdi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 15.07.2015 12:44:22

Şirvan rayonunda zavodda baş verən partlayış nəticəsində yaralananlardan biri də dünyasını dəyişib
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki "Telemexanika" Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan daha biri Respublika Yanıq Mərkəzində vəfat edib.

 

Yanıq Mərkəzindən  verilən məlumata görə, 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı bu gün səhər saat 7 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib.

 

Qeyd edək ki, iyulun 7-də zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub, nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

 

Baş verən hadisə zamanı 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.(apa)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.