haberL haberR

Sizi təəccübləndirəcək 10 məşhur loqo - FOTOLAR

Kateqoriya: Maraqlı Yayımlama tarixi: 06.06.2016 16:56:23

Bu gün biz sizə məhz məşhur və gizli mənası olan loqolardan bəhs edəcəyik.
Şirkətlər korporativ stilin formalaşdırılması zamanı müxtəlif faktorlara üstünlük verirlər. Bəziləri minimalist və tez başa düşülən, digərləri isə mürəkkəb və mütləq bir gizli mesajı olan loqolarla ön plana çıxırlar. Dropbox, Microsoft və Google kimi şirkətlərlə işləyən Lo Min Ming isə düşünür ki, yaxşı loqo “yaddaqalan, fərqli və tez tanınan” olmalıdır. Bu gün biz sizə məhz məşhur və gizli mənası olan loqolardan bəhs edəcəyik.
 
FedEx
 
Dünyanın ən “sirli” loqolarından biri sayılır. Bu günə qədər 40-dan çox mükafat alan FedEx loqosunda incə bir detal var. E və X hərfləri arasında yaranan boşluq karqo şirkətinin hədəflərini təmsil edir. Solda sağa doğru istiqamətlənən ox işarəsi “sürət və dəqiqliyi” simvolizə edir.
 
Sony Vaio
 
Vaio ən yadda qalan loqolardan biridir. “V” və “A” hərfləri analoq siqnalını, “İ” və “O” isə rəqəmsal olanı göstərir. Bu hərflərin birləşməsi “Vaio” sözündən əlavə “texnologiyanın analoqdan rəqəmsala doğru təkamülünü” də təmsil edir. 
 
Amazon
 
 
İnternet dövrünün ən məşhur markalarından biri olan Amazon loqosu ilə müştərilərə gülümsəyir. Ancaq bundan əlavə bir detal da var. Sarı xətt “A” və “Z” hərflərini işarələyərək “A-Z’yə qədər hər şey var” mesajını verir. 
 
Toyota
 
 
Toyotanın qəliz görünsə də, əslində çox sadə loqosu var. Üç ovaldan ibarət loqoda gizlənmiş Toyota sözü var. 
 
Toblerone
 
 
 
İsveçrənin bütün dünyada məşhur olan bu şokolad markasının loqosunda Matterhorn dağı və bu dağda ayı şəkli gizlənib. Diqqətlə baxsanız, ayını görə bilərsiniz. 
 
Wikipedia 
 
Qlobus formasında loqo fərqli dillərdən hərflərin puzzle formasında birləşməsindən ibarətdir. Bu Wikipedia’nın çoxdilli sayt olmasını göstərir. Boş puzzle yeri isə Wikipedia’nın tamamlanmış və böyüməyə davam edən layihə olduğunu simvilizə edir. 
 
Continental
 
 
Continental sözündə ilk iki hərfinin iç-içə girməsi ilə istehsal etdikləri təkərləri loqoda göstərirlər. 
 
Museum of London
 
 
İlk baxışdan çox sadə ve heç bir gizli detalı yoxmuş kimi görünən London Muzeyinin loqosunda fərqli formalarda rənglər tarix boyu dəyişilən Londonun ərazisini göstərir. 
 
Cisco
 
 
Cicso iki rəngdən ibarət loqosunun yuxarı hissəsində olan göy siqnallar şirkətin texnologiya ilə məşğul olan şirkət olduğunu göstərir. Eyni zamanda həmin göy xəttlər Cisconun ilk qeydiyyatdan keçdiyi San Francisco şəhərindəki məhşur Golden Gate körpüsünü simvolizə edir. 
 
Tour De France
 
 
Fransada keçirilən dünyanın ən məşhur velosiped yarışmasıdır. Loqodaki “r” hərfi velosiped sürən adam formasına hazırlanıb.//Pahoo.az
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.