haberL haberR

“Sizin belə bir şeyə haqqınız yoxdur" - Ərdoğan buna görə sözçüsünə qəzəbləndi

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.08.2016 10:44:34

Malkoçun bu sözlərindən sonra sosial mediada ona qarşı “həddini bil şərəf malkoç” haştağı yaradılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan baş sözçüsü Şərəf Malkoça qəzəblənərək ondan üzr istəməsini tələb edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb Ş. Malkoçun MHP lideri Devlet Bahçeli haqqında sərt ifadələr işlətməsi olub. Belə ki, televiziya proqramındaprezident sözçüsü, Baxçalının 7 avqustda keçiriləcək mitinqdə iştirak etməsini dəyərləndirib. O qeyd edib ki, bu mitinq Dövlət Baxçalı üçün də bir imkandır: “Ömründə görmədiyi bir kütlənin qarşısında çıxış edəcək”.

Malkoçun bu sözlərindən sonra sosial mediada ona qarşı “həddini bil şərəf malkoç” haştağı yaradılıb.

Prezident Ərdoğan isə baş sözçüsünün sözlərinə sərt şəkildə reaksiya verib:

“Sizin belə bir şeyə haqqınız yoxdur, üstəlik də siyasətçi deyilsiniz. Hazırda siz bir məmur vəzifəsini yerinə yetirirsiniz. Bu kimi məsələlərə diqqət etmək lazımdır. Çünki biz burada bir birlik arayışındayıq. İşlətdiyin ifadələr çirkindir, bundan dolayı üzr istəməlisən. O da artıq MHP başqanı daxil olmaqla bütün partiya üzvlərindən üzr istədi”.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.