haberL haberR

Skype-a daha bir funksiya əlavə edildi

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 02.10.2015 11:00:05

Bu funksiya ilə əcnəbi insanlarla rahat danışa biləcəksiniz

İslamazeri.az oxu.az-a istinadən xəbər verir ki, Microsoft şirkəti Skype destkop versiyasına ani “Skype Translator” tərcüməçisini əlavə edib. "The Verge" bildirir ki, bundan Windows 7, Windows 8 və Windows 10 istifadəçiləri yararlana biləcəklər.

İndi bu funksiya Skype-da destkop versiyasına quraşdırılacaq və istifadəçilərə dil anlaşılmazlığı maneəsi olmadan ünsiyyət qurmağa imkan verəcək.  

Qeyd edək ki, tərcümə altı müxtəlif dildə: ingilis, fransız, alman, italyan, ispan və çin dilində həyata keçiriləcək. Skype bu dillərin istənilənində söhbət aparmaq imkanı verəcək.

“Dil maneəsini aradan qaldırmaq və insanları bir-birinə yaxın etmək bizim çoxdankı arzumuz idi. Microsoft əməkdaşları bunun üzərində uzun müddət çalışıblar. Biz cari texnologiyanı bütün devayslara tətbiq etməyə çalışırıq”, - Microsoft komandası bəyan edib.

Artıq yaxın günlərdə istifadəçilər audio və videozənglərdə tərcüməçi düyməsini görə və istifadə edə biləcəklər.

 

Əhmədov Qafar / İslamazeri

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.