haberL haberR

Smartfon və planşetlərə standart usb tətbiq ediləcək

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 06.01.2016 12:42:18

İsveçrə hökuməti smartfon və planşet istehsalçılarının vahid enerji doldurma qurğu standartına keçməklə bağlı qərar çıxarmağı planlaşdırır.

İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, oxşar təşəbbüslər  Avropa İttifaqı ölkələrində də mövcuddur. Bildirilir ki, vahid enerji doldurma qurğu standartına keçid təkcə istehlakçılara kömək etməyəcək, həm də "elektron tullantılar"ın sayını azaldacaq. Hazırda qanun layihəsinin müəllifləri mobil qurğular üçün enerji doldurmanın vahid standartını müəyyənləşdirməsələr də, onun "micro-USB" olacağı ehtimal edilir, çünki əksər mobil qurğularda məhz bu çıxışdan (slot) istifadə olunur.


Məlumat üçün qeyd edək ki, söhbət istənilən markalı telefona uyğun gələcək vahid enerji doldurma qurğusunun yaradılmasından gedir. Bu cür qurğu milyonlarla mobil rabitə istifadəçilərinin gündəlik həyatlarına rahatlıq gətirəcək. Lakin ən əsası odur ki, şirkətlər telefonları enerji doldurma qurğularsız satacaqlar. Ekspertlər hesab edir ki, belə vəziyyətdə isə nəinki komplektin qiyməti enəcək, həmçinin istifadə olunan resursların və zərərli maddə tullantılarının həcmi də xeyli azalacaq.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.