haberL haberR

SOCAR-ın sponsorluq etdiyi çempionatdan UEFA 2 milyard avro qazanacaq

Kateqoriya: İdman Yayımlama tarixi: 11.06.2016 9:15:46

Fransada keçirilən futbol üzrə Avropa çempionatı ("Avro-2016") UEFA tərəfindən keçirilən indiyədək təşkil olunan ən gəlirli turnir kimi tarixə düşəcək.

"APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, çempionat təşkilatçılarının gəliri təxminən 2 mlrd. avro təşkil edəcək ki, bu da 2012-ci ildə keçirilən Avropa çempionatının analoji göstəricisindən 600 min avro çoxdur.

Bildirilir ki, təşkilatçılar teletranslyasiya hüquqlarının satışından 1 mlrd. avro (2012-ci illə müqayisədə 25% çox), sponsorlardan isə 450 mln. avro (40% çox) gəlir əldə edəcəklər. Gəlirin qalan hissəsi 2,5 mln. ədəd biletin satışından əldə olunacaq.

Çempionatın sponsorlarından biri də SOCAR-dır. Lakin SOCAR-ın turnirin təşkilatçılarına sponsorluq üçün hansı məbləği ödədiyi açıqlanmır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.