haberL haberR

SOCAR rəsmisi yayılmış "villa xəbəri"nə münasibət bildirdi -VİDEO

Kateqoriya: Ölkə Yayımlama tarixi: 25.01.2016 18:44:04

SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini dünən onun haqqında yayılan xəbərlərə ANS-də münasibət bildirib

Virtualaz.org saytının məlumatına görə isə, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini, xanımı tərəfindən Türkiyənin Bodrum qəsəbəsində 16 villa alması barədə xəbərlərdən sonra məşhurlaşan Qiymət Mehdiyev haqqin.az saytının suallarına cavab verməkdən imtina edib.

Bu gün Qiymət Mehdiyev əvvəlcə haqqin.az saytına müsahibə verməyə razılaşıb və jurnalistlərin bütün suallarına cavab verə biləcəyini deyib. Lakin məlum olmayan səbəblərdən SOCAR vəzifəlisi qərarını dəyişib və hazırda zənglərə cavab vermir.

Bununla belə ANS-ə müsahibəsində Qiymət Mehdiyev Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel məhəlləsində bir villa aldıqlarını təsdiq edib. Rəis müavini həmçinin deyib ki, fotoda qucağında pul bağlaması əks olunmuş qadın onun həyat yoldaşı deyil, ailələrinin yaxın adamıdır.

 

Qiymət Mehdiyev bununla bağlı Lent.az-a daha ətraflı açıqlama verib. 

SOCAR rəsmisi dünən bəzi sayt və media orqanlarında yayılan xəbərlərin əsassız olduğunu bildirib: "Mənim həyat yoldaşımın guya Türkiyə respublikasının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa almağı haqqında həqiqətə qətiyyən uyğun olmayan əsassız məlumatlar yayılmışdı.

 Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm. Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konsitusion hüquqularımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm."

Qiymət Mehdiyev yayılan  xəbərin fotoşəkildəki qadının onun həyat yoldaşı olmadığını önə çəkərək " Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqəti elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib. Ev 1/2 pay olmaqla dəyəri 200 000 Türkiyə lirəsi (təqribən 60 min ABŞ dollar civarında ) dəyərindədir.  Eyni zamanda qeyd etməliyəm ki, müxtəlif mətbuat orqanlarında "ətraflı araşdırmanın nəticəsi" kimi qələmə verilmiş saxta məlumat və cizgilər ictimaiyyətdə yanlış təsəvvürlərin yaradılmasına səbəb olub. Bu da məni həmin maraqlı şəxslərə qarşı qanunvericiliyin tam gücü ilə hüquqi tədbirlər görməyə məcbur edir" deyə danışıb.

SOCAR rəsmisi sonda qeyd edib ki, hər hansı formada ictimaiyyətə təqdim olunmuş bu məlumatlar məqsədli şəkildə və cinayətkarcasına saxtalaşdırılmışdı.

 

Qeyd edək ki, Virtualaz.org bu haqda xəbər yayımlamışdı. Ətraflı

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.