haberL haberR

Son 10 il ərzində Rusiyada baş vermiş ən dəhşətli təyyarə qəzaları - Video

Kateqoriya: Araşdırma Yayımlama tarixi: 21.03.2016 1:07:55

Xəbər verdiyimiz kimi, 19 martda FlyDubai aviaşirkətinə məxsus Dubay-Rostov-na-Donu reysilə uçan təyyarə Rostov-na-Donu qəzaya uğrayıb

İslamazeri.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, ekspertlər təyyarənin qəzaya uğramasıyla bağlı yekun rəyi açıqlayıblar. Rəyə görə, təyyarə ilk cəhddən eniş edə bilməyib və ikinci dairəyə gedib. Lakin ikinci dairədə də, pilot enişə nail ola bilməyib və üçüncü dairədə 900 metr yüksəklikdən, saatda 400 km sürətlə yerə çırpılıb. Təyyarə sürətlə yerə çırpılan zaman partlayış və yanğın eyni anda baş verib və bu cür dəhşətli qəzaya səbəb olub. Qeyd edək ki, qəza zamanı 60-dan çox insan həyatını itirib.

İslamazeri.az Rus mediasına istinadən verdiyi xəbərə əsasən, 2006-2016 illəri arasında baş vermiş ən dəhşətli təyyarə qəzalarının siyahısını oxucularına təqdim edir.

2016 - 19 mart, Moskva vaxtı ilə saat 3:40-da “Boeing 738” sərnişin təyyarəsi eniş edərkən, qəzaya uğrayıb. Təyyarə Dubaydan Rostov-na-Donu reysi üzrə uçuş yerinə yetirirdi. Göyərtədə olan bütün sərnişinlər və ekipaj üzvləri həyatlarını itirib.

 

2013 - 2013-cü ilin noyabr ayında, “Tatarstan” avia-şirkətinə məxsus “Boeing 737” təyyarəsi, Kazan şəhərində eniş edərkən qəzaya uğrayıb. 44 sərnişin, və 6 ekipaj üzvü həlak olub.

 2012 - “Kamçatka avia-müəssisəsinə” məxsus olan, “An 28” təyyarəsi, 11 sentyabrda Palana qəsəbəsi yaxınlığında radarlardan itmişdir. Təyyarə “Petropavlovsk – Kamçatka-Palanası” reysini yerinə yetirirdi. Göyərtəsində 13 nəfər olan təyyarə,  Palanadan 10 kilometr uzaqlıqda yerləşən kolluqda tapılmışdır. Həyatını itirənləri sayı 10 nəfər idi.

Bu hadisədən cəmi bir neçə ay əvvəl - 2aprel, 2012 – “Utair” şirkətinə məxus “ATR-72” təyyarəsi qəzaya uğramışdır. Tümendən Surquta uçmalı olan təyyarə, havaya qalxarkən qəzaya uğramışdır. Nəticədə 33 nəfər dünyasını dəyişmişdir.

2011

Göyərtəsində “Lokomotiv” xokkey komandasını daşıyan “Yak-42”, 7 sentyabr, Yaroslavl şəhərinin Tunoşna rayonunun yaxınlığında qəzaya uğramışdır. Təyyarə ilə 45 nəfər – 37 sərnişin, və 8 ekipaj üzvü səyahət edirdi. Yalnız göyərtə-mühəndisi sağ qaldı.

Həmin ilin iyun ayında, Moskvadan Petrozavodska uçuş həyata keçirən, “RusAir” şirkətinin “Tu-134” təyyarəsi, hava-limanının yaxınlığında sərt eniş etdi. Eniş çətin meteo-şəraitdə yerinə yetirilmişdir. Təyyarənin gövdəsi dağıldıqdan sonra, yanğın başladı. Göyərtədə olan 53 sərnişin və ekipaj üzvündən 44-ü qəza baş verən vaxtda, daha sonra 3-ü xəstəxanada vəfat etmişdir.

2010

Çeremşanka hava limanından İqarkaya uçan “Katekavia” şirkətinin “An-24” təyyarəsi eniş-uçuş xəttindən təxminən 1 kilometr aralıda qəzaya uğramışdır. Qəza nəticəsində yanğın başladı. Təyyarədə olan 15 nəfərdən 11-i qəza baş verən yerdə, daha sonra 1 nəfər də xəstəxanada dünyasını dəyişmişdir.

Aprelin 10-u, Smolensk şəhəri yaxınlığında Tu-154 təyyarəsi qəzaya uğrayıb. Göyərtədə olan 96 nəfər, o cümlədən, Polşanın prezidenti Lex Kaçinskiy, onun xanımı, hökümət rəhbərliyinin nümayəndələri həlak olub. Beynəlxalq aviasiya komitəsinin məruzəsinə əsasən, qəzanın səbəbi ekipaj üzvlərinin hərəkətləri olub.

2008

“Aeroflot Nord” şikətinə məxsus “Boeing 737-500” , 14 sentyabrda Moskvadan havaya qalxdıqdan sonra, Permdə ikinci dəfə eniş cəhdi edərkən qəzaya uğrayıb. Bortda olan bütün 88 sərnişin (68 Rusiya vətəndaşı, və 20 xarici vətəndaş) həlak olub.

2006

9 iyulda “A-310” təyyarəsi, İrkutskda eniş zamanı enmə-zolağından kənara çıxıb, beton maneələri dəlib-keçərək, qarajlara çırpılmışdır. Nəticədə göyərtədə olan 203 nəfərdən 124-ü dünyasını dəyişmişdir.

3 may gecəsi, çətin meteo-şəraitdə  “Armavia” şirkətinin “A-320” təyyarəsi Adlera hava-limanına enişə başlayarkən qəzaya uğrayıb. Belə ki, təyyarə Qara dənizin su səthinə çırpılaraq dağılmışdır (parçalanmışdır). Laynerin bortunda səyahət edən 113 sərnişinin hamısı həlak olub.

Sadaladığımız avia qəzalarda ümumilikdə 1278 nəfər dünyasını dəyişib.  Qəzalardan 4-ü Rusiya Federasiyasının sərhədlərindən kənarda baş verib. Qəzalardan biri, təyyarənin beynəlxalq sular üzərində zenit raketi vurulması nəticəsində baş verib.

31 oktyabr, 2015-ci ildə Misirdə baş vermiş bu hadisə, qəzaların ən dəhşətli və faciəvisi olub.

İ.M/ İslamazeri.az

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.