haberL haberR

Son 24 saatda 150 İŞİD-çi öldürülüb, 25 texnika sıradan çıxarılıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 07.03.2015 13:59:06

Məlumatı İraq Müdafiə Nazirliyi təsdiq edib

İslamazeri.az-ın "rudaw"-a istinadən verdiyi xəbərə görə, Ənbar vilayətinə bağlı Vağzala bölgəsinin şərqində İŞİD təşkilatının mövqelərinə qarşı hava hücumları zamanı onlarla İŞİD terrorçusunun təsirsiz hala gətirildiyi bildirilib. 

İraq Müdafiə Nazirliyindən edilən yazılı açıqlamada, orduya aid qırıcıların "Şəhid General-mayor Nəcım Sudani" adı altında həyata keçirdiyi hava hücumlarında son 24 saatda 150-ə yaxın İŞİD terrorçusunun öldürüldüyü qeyd edilib.

Açıqlamaya görə, təşkilata aid üç mövqenin hədəf alındığı hücumlarda təhlükəsizlik qüvvələrinin irəliləməsini əngəlləyən təşkilatın snayperlərinin də təsirsiz hala gətirildiyi ifadə edilib.

Hücum zamanı təşkilata məxsus 25 avtomobilin sıradan çıxarıldığı deyilib. 

Ənbar rəsmilərinin sözlərinə əsasən, şəhərin 80%-i İŞİD terrorçularının işğalı altındadır. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.